Ağla ,bu millətin gününə ağla

Səhərdən yağırsan,ay leysan yağış,
Bir az da bu yanan ürəyimə yağ.
Zəhərli oxlardan olub qan,yağış!
Bir az da bu yanan ürəyimə yağ

Görəcək günümüz varmış sən demə,
Ağla,bu millətin gününə ağla,
Kəsilmək hökmü var danışan dilə,
Ağla bu millətin yerinə ağla.

Nə gərək var imiş düşünən başa,
Ellər köləliyi sinəyə çəksin.
Vicdanlar dönübdür heykələ,daşa
Yağ ki,.torpaq qeyrət toxumu əksin.

Bağlı düyünləri aça bilməsən,
Tökülən qanları yu yerimizə.
Sən ki Yaradanın xidmətindəsən,
Nurundan səpələ ürəyimizə

Səhərdən yağırsan,ay leysan yağış,
Bir az da bu yanan ürəyimə yağ.
Zəhərli oxlardan olub qan,yağış!
Bir az da bu yanan ürəyimə yağ

Tamara Rustamova Tənha Bulud
Şirazi / 08.08.2018
www.kafiye.net