D ə l i y ə m m ə n

Ey soruşan məni-məndən,
Qar altda qar gülüyəm mən.
Kərəmlərin ah-naləsi,
Məcnunların külüyəm mən.

Kəklikləri uçub gedən,
Əliklərin qurdlar güdən,
Üz-gözünü yırtıb-didən
Lal dağların diliyəm mən.

Dərmanıyam hər xəstənin,
Avazıyam min bəstənin,
Uca “Rast”ın, “Şikəstə”nin
Bəmiyəm mən,ziliyəm mən.

Ələsgərin şirin sözü,
Kor Veysəlin görən gözü,
Həm mizrabın,sazın özü,
Ədalətin əliyəm mən.

Kiməm,nəyəm,mənə əyan,
Yol getmərəm o yan-bu yan,
Ay Məzahir,day,et bəyan:
Dəliyəm mən,dəliyəm mən!

 

Məzahir İsgəndər
www.kafiye.net