YANLIŞLARDAN

Bizim heçbirimiz yalnışlardan mühafizəolunmuş deyilik..Hər birimizin hansısa yalnışımız var..Ən çətini isə bizim bu yalnışları dərk edib və ən əsası qəbul edə bilməyimizdir.. Çünki çoxumuz öz səhvlərimizi qəbul etməkdə və özümüzə etiraf etməkdə çətinlik çəkirik və bunun nəticəsi olaraq yalnışların dəryasına qərq olub gedirik..Yalnışlarımızın yalnıçş oldugunu anladıqda onun fəsadlarını da artıq görmüş oluruq..Biz yalnışlarımızı anlayanda nələrisə öyrənirik,bu həm də təcrübə olur,amma nələrisə də itirmiş oluruq…Kimimiz pulumuzu,kimimiz zamanı,kimimiz hörmətimizi,kimimiz insanlara ola inamımızı və s. itirmiş oluruq…Bəzən yalnışın yalnış oldugunu anladıqdan sonra onu düzəltmək olur,bu bizi qismən rahatlada bilər.Amma çox vaxt yalnışlarımızın bizə verdiyi itkiləri bərpa etmək çox çətin və çox vaxt da mümkünsüz olur..Çünki yalnışın bizə verdiyi ən çox və ən böyük itki zamandır ki,onu da geri döndərmək mümkünsüzdür..Çox vaxt da peşmançılıq bizim rahatlıgımızı pozur,özümüz özümüzü bagışlaya bilmirik..Yalnışın bizə etdiyi zərərlərin də biri budur..Amma nə olur olsun özümüzü əfv etməyi bacarmalıyıq..Bacarmalıyıq ki qəlbimiz aramlıq tapsın,sadəcə yalnışlarımızdan nəticə çıxarıb onu təkrarlamamalıyıq..
Ümumiyyətlə yalnışlar bizə çox vaxt kənardan mavi bir dəniz kimi görünə bilər ki,o dənizə baş vurub sularında rahatlanmaq istəmiş ola bilərik.Lakin,sonradan qurtuluşu çətin olan bir burulgana düşərik…
Bizim çoxumuz çox vaxt etdiyi və ən təmiz olan yalnışımız insanlara tez inanmagımızdı..Unutmaq olmaz ki,kim olursa olsun insalara dərhal inanmazdan öncə bir deyil,iki deyil,üç dəfə düşünməliyik,sonra inanmalıyıq..Çünki hər insanın bizə göstərmədiyi,ya da bizim hələ görə bilmədiyimiz bir üzü vardır ki,biz bu üzlə tanış oldugumuzda artıq çox gec ola bilər…..
Yalnışların ən birinci səbəbi isə içimizdəki nəfs olur çox vaxt..Çalışaq ki,özümüz özümüzü öz içimizdəki nəfsdən qoruyaq..
Hamımızın yalnışlardan maksimüm qaçması diləyi ilə.

Nigar Şəmsi Nigari
www.kafiye.net