SEN ÇEKME

Sən çəkə bilmərsən mənim nazımı,
Mən gündə min dona girən adamam,
Ağlayıb gözümdən yaş tökən zaman,
Qəfildən qəh-qəhə çəkən adamam.

Kimsə danışanda dərdi qəmini
Sakitcə dayanıb duran adamam.
Unudub o anda mən öz dərdimi
O kəsin dərdinə yanan adamam.

Nahidə Tagiyeva QURBANOVA31.07.2018
www.kafiye.net