Yaxşıdı Timsah

Yaxşıdı Timsah göz yaşıyla ağlamaqdansa,
Vallah dəli dəli gülmək yaxşıdı.
Yalanın qoynunda uyumaqdansa,
Haqqın qollarında ölmək yaxşıdı.

Saxlamaq çətindir axan zamanı,
Ömrün xoş anında kəsər amanı. 
Gəzməmişdən öncə geniş cahanı, 
Darlığın, sıxlığın bilmək yaxşıdı.

Ötəri dərdlərdlərə etmə fəğan ah,
Qaranlıq gecəni,açar xoş sabah.
Tanrı dərgahında olsa da günah,
Yamanı yaxşıdan silmək yaxşıdı.

Nahaqlarla irad tutma heç kəsə,
Qoyma yalan yeli yanında əsə. 
Şeytanın yolunda büdrəməkdənsə,
Haqqın döngəsinə girmək yaxşıdı.

Kiminin havada ağlı bir qarış,
Amma aqillərlə eyləyər yarış.
Duyğulu, səndə bu zamanla barış,
Dəli dövranı boş vermək yaxşıdı.

Müəllif.Metanet Duyğulu.
10.07.2018.
www.kafiye.net