TANRI BU DÜNYANI VERSƏYDİ MƏNƏ.

Tanrı dərgahına yetsəydi əlim,
Qəmli bülbülləri gülə yazardım.
Sevən ürəklərə billurdan saray,
Onu yıxanlara,məzar qazardım.

Olsaydı əlimdə çarxı dünyanın,
Zamanı geriyə sürükləyərdim.
Haqqı,ədaləti tapdayanların,
Elə başlanğıcdan boynun əyərdim.

Mənə versəydilər geniş cahanı,
Olardım səmada sülh göyərçini.
Baxmayıb nə millət,nə din,nə irqə,
Göndərərdim barış üçün elçini.

Tanrı bu dünyanı versəydi mənə,
Onnan çox şeyləri silib,didərdim.
Bütün silahları məhv eyləyərək,
Əlvan gül çiçəklə əvəz edərdim.

Mən bir əbədiyyət olsaydım əgər,
Qoymazdım sevənlər boynunu bükə.
Nə körpə balalar anasız qala,
Nədə ki analar göz yaşı tökə.

Müəllif.Mətanət Duyğulu.
19.07.2018.
www.kafiye.net