AZAN SƏSİDİR

Hər səsdən sehirli hər səsdən uca,
Ruhları dindirən azan səsidir.
Fərq etməz nə uşaq,nə cavan,qoca,
Səcdəyə endirən azan səsidir.

Bu səsin ilahi hikməti vardır,
Mələklərə qürur, şeytana ardır.
Qaranlıq gecəyə nurlu çıraqdır,
Haqq yolu bildirən azan səsidir.

Tanrı aşiqinin baxmaz fərqinə,
Eşitsə mütləqdir,gələcək dinə.
Bu səslə oyanar Məkkə,Mədinə,
Şeytanı öldürən azan səsidir.

Bu səslə tanrıya uzat əlləri,
Özündən uzaq et pis əməlləri.
Unutma,səmada tək mələkləri,
Yalnız sevindirən, azan səsidir.

Bu səsin aşiqi olub meşə,dağ,
Ondan ilham alıb çağlayan bulaq.
Ruhunla,ağlınla versən sən qulaq,
Qəlbi döyündürən azan səsidir.

Müəllif.Metanet Duyğulu.30.07.2018.
www.kafiye.net