Yazıq yurdum

Kədərimə bələnmişəm
Müsibəti qana-qana.
Torpağıma sərilmişəm
Öz içimdə yana-yana

Yazıq yurdum didim-didim,
Dünyaya sığmır bu dərdim.
“Can” söylədin , zəhər yedin
Düşməni dost sana-sana.

Tarixinə şər atdılar
Torpaqlarını satdılar.
Bizi qırıb azaltdılar
Kökümüzü dana-dana.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net