TORPAĞIM

Səndən danışırlar, səndən deyirlər,
İllərdi işğalda qalan torpağım!
Qanını içirlər, canın yeyirlər,
Şəhidlik toxumu salan torpağım!

Kəndləri dağılan, yurdu kor olan,
İllərdi tapdaqda işi zor olan,
Könüldə, ürəkdə bağlı qor olan,
Elinə göz dağı, nalan torpağım!

İgidi taleyin vaxta ötürən,
İllərdi yolları tikan bitirən,
Həqarət bitirən, utanc gətirən,
Yağı əllərində talan torpağım!

Hanı əzələmiz, gücümüz hanı,
Hanı, qisas adlı öcümüz hanı,
Türk oğlu önünə almır cahanı,
Adı unudulan…yalan torpağım!

Durub gözləyirik ” LAZIM” gələcək,
Zamanı biləcək, vaxtı biləcək,
Təvəkkül Gorusda deyib – güləcək,
Söyləmə bizlərə BALAM, torpağım!

Təvəkkül Goruslu. 17.07.2018.
www.kafiye.net