GÖYNƏDİ

Eşqə düşmək şərt deyil ki,
Qəmi bölmək dərd deyil ki,
Demə şair pərt deyil ki,
Dərdimin üzü göynədi!

Varmı mən tək dərdi duyan,
Olmadım ki, dərddən doyan,
Kədər gəlir , dərdim oyan…
Dərdimin gözü göynədi!

Dərd də bezib daha məndən,
O da gəlmir indi öndən,
Nə fərqi var hansı yöndən…
Dərdimin közü göynədi!

Mən duymuram acı, ağrı,
Qana dönüb dərdin bağrı,
Bəlkə buraxım bu fağrı…
Dərdimin özü göynədi!!!

Təvəkkül Goruslu. 10.07.2018
www.kafiye.net