MƏHƏBBƏTİM

Nur görəndə gözlərində
Rövnəq saçar, məhəbbətim.
Təbəssümlə gülsə üzə
Qəmdən qaçar, məhəbbətim.

İsməti saf, gözəl, göyçək
Desə qəmə, tez əlin çək,
Qızılgülün fidanı tək,
Qönçə açar məhəbbətim.

Sevgi ömür sevincidir
Demə, üzüb can incidir.
Canan qəlbə məlhəm edir
Olma, naçar məhəbbətim.

Məşuq sözün desə qəti
Eşq, çəkməsə qəm minnəti,
Ərz etməyə səadəti
Göyə uçar məhəbbətim.

Mübarizi güldür yenə.
İkiüzlü, mələyinə
Araqatan, kələyinə
Olma düçar məhəbbətim.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net