Nə deyim

Mənim qəlbim kədər yeri qəm yeri,
İnanmıram orda qərar tutasan.
Künc bucaqda özünə yer eləyib,
Sevgi tapıb səndə qidalanasan.

Bax quruca səhra mənim ürəyim.
Nə bulağı nə agacı yoxdur ha.
Mən söylədim bundan başqa ne deyim.
Bir gün səni sevəcəyim yoxdur ha

Nə taparsan dərdin qəmin içində.
Axtararsan künc-buçağı boşuna.
Hara baxsan dərd görərsən qəlbimdə
Yorularsan vallah boşu-boşuna.

Bax demədi ,əvvəlcədən demə ha.
Boş-boşuna sənə ümid vermirəm.
Qəm kədərdən doğulmuşam ,sən bil ha.
Zaman gələr mən sevərəm demirəm.

İstəmirəm sonra peşman olasan.
Bu nə işdir mən düşmüşəm deyəsən.
Hər keçən gün batıb sən göz yaşına.
Göz yaşıyla sən də çörək yeyəsən.

Bax sevgi də, eşq də mənə yaddır bil.
Unutmuşam mən eşqin də dadını.
Eşq qadını deyirlər ha addır bil
Mən şeirdə yazıram eşq adını.

Bax dilim də hərdən acı zəhərdir.
Birdən səni çalacaqdır ilan tək.
Hər kəlməmin sonu elə qəhərdir.
Səni də soyudacaq elə mənim tək.

Səndə qalmaz can ,nazımı çəkməyə.
Gündə min yol min havaya girirəm.
Sakit-sakit danışdığım zamanda,
Arada bir qəh -qəhə də çəkirəm.

Bax özümdən mən danışsam bezərsən.
Deyersen ki vallahi bu dəlidir.
Çox keçməz ki məndən də gen gəzərsən.
Soruşsalar deyərsən qəm əhlidir.

Uzaq dolan məndən uzaq gəz daha.
Mənim kimi yoxsa qəmə batarsan.
Yalvararsan çıxmayasan sabaha ,
Bax zamansız səndə bir dərd taparsan.

Ta nə deyim bax özümdən danışdım.
Hər nə varsa açıb tökdüm ortaya.
Mən dərdliyəm dərdlərimə alışdım.
Sən də çıx get dərdim səni yormaya.

Mənim qəlbim kədər yeri qəm yeri.
Sən qəlbimdə qalmağa yer gəzmə ha.
Uzaq dolan bir az yeyin tez yeri.
Sən qəlbimə illəməyə girmə ha.

NahideTagıyeva Qurbanova
11.07.2018
www.kafiye.net