Oxuyub,qəbul edənlərə

Vətən Məkkə yeridi

Olub,kimi Rəbbinə,
Kim güvənər cəbrinə.
Yaşa ömrün boyunca
Bürünüb öz səbrinə.

Sadə dolan,həm də ol
Alnıaçıq,üzüağ.
Çox olub,dağ uçulub,
Dönüb olub düzən,dağ.

Düz ol,əyri olmasın
Nə tərəzin,nə əlin.
El-obaya,vətənə
Yarasın hər əməlin.

Vətən dara düşəndə
Oğul olan,sınanar.
Kimi namərd,naxələf,
Kimi də mərd sananar.

Vətən həm din,həm inam,
Vətən Məkkə yeridi.
Vətən üçün can verib,
Şəhid olan diridi!

Vətən namus,qeyrət,ar,
Vətən ana-bacıdı.
Vətən bir vətəndaşın
Vətəndaşlıq tacıdı!

Sipər olub Vətənə,
Qoyma yaxın yağını.
Əsir olan,əridər
Ürəyinin yağını.

Vətən mənə,həm sənə
Babalardan əmanət.
Ölümdən min yamandı
Vətəninə xəyanət!

Oxu,öyrən dilini,
Tarixi var hər daşın.
Gen düşüb də yadlaşıb,
Pozulmasın yaddaşın.

Torpağının,daşının
Bil qədrin hər yaşında.
Yeri olsun Vətənin
Ürəyinin başında!

Məzahir İsgəndər
www.kafiye.net