Döndüm

İllər boyu ürəklərdə
Oda döndüm,közə döndüm,
Sızıldatdı həsrət məni
Cavabı yox sözə döndüm!
*
Ötdü bahar, ötdü payız,
Yol gözləyib,qaldım yalqız,
Qorxutmadı nə şaxta,buz,
Lalə yanaq, üzə döndüm!
*
Heç sözümdən dönmədim ki,
Zirvələrdən enmədim ki,
Susdum,susdum dinmədim ki,
Əlli geçdi,yüzə döndüm!
*
Dedilər gec deyil hələ,
Gəl bu eşqə olma kölə,
Yaş axıdıb gilə-gilə,
Bir ömürlük dözə döndüm!
*
Yol gözlədim oldum səyyad,
Nalə cəkdim,etdim fəryad,
Doğmaya da oldum boyad,
Zirvələrdə düzə döndüm !
*
Solmaz, söz ömrü yaşadı,
Yandı köz ömrü yaşadı,
Ürək yarla baş-başadı,
Xəyallarda sizə döndüm!

14-07-2018
Solmaz Şirvanlı
www.kafiye.net