Olandan!!!

Kəsilib taqətim,üzülüb canım,
Nifrətdən qaralıb damarda qanım,
Ucalıb göylərə naləm,fəganım,
Doğmalar yad olub,yalan olandan!
*
Özgənin varını yeyən şellənir,
Haqsiza haqlıdır deyən şellənir
Solmazın qəlbində ürək dillənir,
Öz halal əməyi talan olandan!
*
Hər kəs elə bilir belə gedəcək,
Fələk bir gün öz sitəmin edəcək,
Günahları öz bağrını didəcək,
Haqdan cavab alıb,nalan olandan!
*
Haqsız bilsə idi nə günahı var,
Hər kəsin arxası,bir pənahı var,
Solmazın,qəlbinin bir Allahı var
Onu qüssələrdən alan olandan,
Üstünə bir sayə salan olandan!

14-07-2018
Solmaz Şirvanlı
www.kafiye.net