RÜBAİLƏR

Bekar qalsan, zaman can incidəcək,
Darıxdırıb, hövsələsiz edəcək.
Heç vaxt ona tələsərək, get – demə,
Məşğuliyyət tapsan özü gedəcək.

*****
Dedim ki, ey ğözəl, etmə belə naz
Dedi:- adətimdir tərgitmək olmaz.
Söylədim: – nazınla göyə uçursan,
Dedi:- səninləyəm tərk etmək olmaz.

*****
Qıysa bəzən bir gəncə hakim əli,
Qaldırar ayağa ulusu, eli.
Yaranıb pak sudan, coşub, çağlasa
Saxlamaq olarmı gurlayan seli?

******
Birisi, günləri versə bihudə,
Məqsəd vüsalına çətin ki, gedə.
Ey mənasız ömür yaşayan, bil ki,
Bu gediş can atır, peşiman edə.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net