NİYƏ DAYANMIR

Mən haray çəkdkcə ,hələ ki yanmır,
Nisgildən .həsrətdən hələ oyanmır
Bu qədər ağrıdan niyə dayanmır.
Dayanmır .dayanmır niyə ürəyim?

Nə qədər çəkəcək hələ bu acı?
Harda axtaracaq bir gün əlacı.?
Niyə kəm fürsətə etdin möhtacı?
Dayanmır ,dayanmır niyə ürəyim?

Vurur aram-aram vurur həzindən,
Deyirəm ay allah dura qəfildən,
Bezə bu dünyanın özü əlindən,
Dayanmır ,dayanmır niyə ürəyim?

Nə əzrayıl .gəlib döymür qapımı,
Nə aparmır,nə də almır canımı,
Ürəkdə anlamır vallah halımı.
Dayanmır .dayanmır niyə ürəyim?
Bir dəfə halıma yanmır ürəyim.

Nahidə Tagıyeva Qurbanova 20.06.2017
www.kafiye.net