Ana həsrətindən,ata dərdindən!

Qəhəri dünyanı bürüyən mənəm,
Kədərin içində çürüyən mənəm,
Qəmləri özüylə sürüyən mənəm,
Ana həsrətindən,ata dərdindən!
*
Gül açan arzular qaldı gözümdə,
Taqətim qalmayıb daha dizimdə,
Nisgil yağır,qəmlər axır sözümdə,
Ana həsrətindən,ata dərdindən!
*
Çağırıram harayima gələn yox,
Gözlərimin axan yaşın silən yox,
Nə çəkirəm bu dünyada bilən yox,
Ana həsrətindən,ata dərdindən!
*
Dərdimə agladı dagim- düzlərim,
Nisgilə büründü şerim sözlərim,
Qanlı yaş axıtdı qara gözlərim,
Ana həsrətindən,ata dərdindən!
*
Solmazin gözləri hələ yoldadır,
Harayı yox,öz-özünə daldadir,
Ağarıb telləri,çoxu çaldadir,
Ana həsrətindən,ata dərdindən!

11-09-2017
Solmaz Şirvanlı
www.kafiye.net