BƏNZƏRİN YOX.

Sənə canım deyirəm,
Amma ki çox qorxuram.
Bəzən yanında belə,
Sənsiz çox darıxıram.

Ürəyimsən deyəndə,
Büdrəyib yıxılıram.
Nəfəsim deyəndə mən,
Darıxıb sıxılıram.

Həyatım deyən zaman,
Dünyam zülmətə dönür.
Göz bəbəyim deyəndə,
Həyat gözümdə sönür.

Bir paramsan deyirəm,
Başımda şimşək çaxır.
Özümdən ixtiyarsız,
Gözlərimdən sel axır.

Sənə dünyam deyirəm,
Amma yaman qorxuram.
Qorxularım içində,
Gizlicə darıxıram.

Soruşacaqsan nədən?
Bəlkə də küsəcəksən.
Mənə sevginmi sönüb?
Üzülüb deyəcəksən.

Yox-yox mənim əzizim,
Bunu düşünmə belə.
Səni bir ömür boyu,
Sevəcəyəm çox hələ.

Düzdür yaşamaq olmaz,
Nə dünyasız,cahansız.
Amma fani dünyada,
Hər şey yalan vəfasız.

İlk baharı gözlədik,
Gəlib çıxdı son bahar.
Söylə indi dünyada,
Nəyin etibarı var?

Amma sənin saf eşqin,
Müqəddəsdir mənimçün.
İndi sən özün düşün,
Bənzərin yoxdu neyçün.

Müəllif.M.Duyğulu.
17.06.2018.
www.kafiye.net