Ya Hüseyn!

Yazıram nöhəni sənin adına,
Nə qədər ömrüm var yanar oduna,
Özün yetiş Ya Hüseyn dadıma,
Gecə gündüz ağlayıram Ya Hüseyn,
Sinələri daglayiram Şah Hüseyn!
*
Ulu Peyğəmbərin varisi idin,
O zalim Şümürdən zülümlər yedin,
Canı din yolunda qurban eylədin,
Mən də sənə ağlayıram Ya Hüseyn,
Başa qara bağlayıram Sah Hüseyn,
*
Lənət olsun həm Şümürə,Yezidə,
Al qoynuna Kərbubəla bizi də,
Qan ağlayır o Kərbəla düzü də,
Nöhə deyib ağlayıram Ya Hüseyn,
Sənə umud bağlayıram Şah Hüseyn!
*
Fatimə ananın ciyərparasi,
Daglayir qəlbimi Hüseyn yarası,
Həmi Zəhra, Həzrət Əli balası,
Eşqin ilə çağlayiram Ya Hüseyn,
Səni deyib ağlayıram Şah Hüseyn!
*
Solmaz sənin asiqindir biləsən,
Rəhm eyləyib göz yaşını siləsən,
Gələ ziyarətə dərdi böləsən,
Bu dünyada sənsən Ağam Ya Hüseyn,
Solmaz öldü,demə sağam Şah Hüseyn!
*
Gəl ey Ağam özün yetiş dadıma,
Nolar son qoy bu nalə-fəryadima,
Bir su çilə qəlbimdəki oduma,
Gül ətrini qoxlayiram Ya Hüseyn,
Ağam sənə ağlayıram Şah Hüseyn!
*
Özün ovut ağlar olan qəlbimi,
Sinəsində dağlar olan qəlbimi,
Əhli-Beytə bağlar olan qəlbimi,
İmamlara ağlayıram Ya Hüseyn,
Yezidə kin saxlayıram Şah Hüseyn!
*
Solmaz səni vəsf edəcək ölüncə,
Ürək dərdin bircə sənə bölüncə,
Məzarında aglayacam gülüncə,
Həsrətindən ağlayıram Ya Hüseyn,
Sənə matəm saxlayıram Şah Hüseyn!

26-05-2017
Solmaz Sirvanli
www.kafiye.net