Xoşbəxtlik nədi?
azadlıq nədi?
sevgi nədi?
darıxmaq nədi?

xoşbəxt i nsanlar darıxırmı? ümumiyyətlə xoşbəxt insan varmı? xoş anları çox olan insanlar var bir də bəd anları çox olan…əslində xoşbəxt və bədbəxt deyə bir şey yoxdu bu bizim düşüncəmizdədi..əsas odu ki insan özünü necə hiss edir…bəzən əslində kiçik olan bir sevinclə özümüzü dünyanın xoşbəxti hiss edə bilərik bu həmin ana aiddi sonra keçib gedir..biz həmin an xoşbəxt oluruq.. eləcə də kiçik bir kədər bizə özümüzü məhv olmuş kimi hiss etdirə bilər həmin an hər şey edə bilərik hissə qapılaraq..intiharların çoxu bu andakı hisslərə özünü verdiyin zaman olur..sadəcə bu ana qalib gəlmək lazımdı … Bu isə o qədər asand deyil,nə də çox çətin deyil,sadəcə şüur altımızı öncədən düzgün yükləməliyik bu vəziyyətlərin öhdəsindən gəlməyə..

Bunu bilməliyik ki bugun movcud olan “problem” adlandırdiqlarımız sabah artıq olmayacaq.. sabah bir başqa şeylər meydana gələcək.. Bunlar hamisi bu ana aiddi və çalışmalıyıq ki bu hisslərə yenilməyək..keçirdiyimiz hisslər nəticəsində biz yaşadıgımız anlara ad qoyuruq ..çətinliklər və problemlər adlandırdıgımız da biziim beynimizdədi..əslində bir çox şeyləi biz özümüz problemə çeviririk ..düşünərək…belə etsəm belə olar elə olar deyə….

Eslində bir şeyi anlamalıyıq…Allah bizimlədir..harda olsaq necə olsaq O var və səsimizi eşidir …. bütün bu ad qoydugumuz vəziyyətlər və hallar isə hisslərimizin nəticəsində düşüncələrimizdə yaratdıqlarımızdı… Əslində bunun adı yaşamaqdı… biz yaşayırıq bu bizim həyatımızdı,çətinlikləri ilə mənası olan həyatımız..çünki qarşımıza çıxan çətinliklər əslində bizim həyatımızın amalını bizə anladır, əslində düşünsək bunlar hamısı bizə nəisə öyrətməkçündü .Heçnə səbəbsiz deyil,sadəcə biz o səbəbi dərk etməliyik və bilməliyik ki əslində hər şeyin günahı bizdədi….

Ps: mən bunları yazıram və bu yazdıqlarımda haqlıyam, bilirəm, məsələ budu ki bir çoxlarimiz kimi mən də bunlara əməl etməkdə çətinlik çəkirəm hərdən baş verənlərin düşüncəmdə və hisslərimdə yaratdıgına qarşı aciz qalıram və yoruluram….Hamı kimi….Allah hamımıza həyatımızda baş verən çətinlik adlandırdigimiz əslində isə bizim beynimizdə olan bu çətinliklərə dozməyə güc versin..

25.05.2018/Cuma
Niki Şems Nigari
www.kafiye.net