Bir Ürəyin Qəmli Hekayəsi.

Bir ürəyin qəmli hekayəsi.
Oxumamış nə layk nə rəy yazmayın.

İllər öncə dünyaya, körpə qızcıgaz gəldi,
Onun gəlişi ilə, körpə gülüşü ilə,
Sevinc səsi yüksəldi,
Oldu ata-ananın bir dünya sevinc payı,
Dil açıb danışanda,artdı hayı-harayı,
Qədəm qoydu yeridi,sevindi ata-ana,
Dərsə qədəm qoyanda,saçlarına lent hörüb, yolladılar məktəbə,
Ana,Vətən yazanda elə sevindilər ki,
Axı bu körpə gözəl ailənin ilkiydi,
Böyüdükcə böyüdü şəlalə hörükləri,
Dərslərində əlaçı,müəllimin göz nuru,
Ataya fərəh idi,onun “beşi,”uğuru,
Hələ lap körpəlikdən oxudu nağıl,dastan,
Onun körpə qəlbində dünya bir möcüzəydi,
İşıqlı dünya vardı,cənnətməkan, gülüstan,
Düşməzdi əldən yerə heç bir nağıl və dastan,
O Vətəni sevməyi,ona sadiq olmağı,
Hələ çox körpə ikən öyrəndi kitablardan,
Əsli Kərəm sevgisin kitablardan oxudu,
İlahi bir eşq ilə ürəyinə toxudu,
Oldu Cənnət mələyi,cənnət ətri qoxudu,
Aşıqları görəndə telli saza vuruldu,
Dinlədi yorulmadı,aşıqlar dastanını,
Alı xan Pəri xanım dilində əzbər oldu,
Sevgidə sədaqəti, dostluğu,xəyanəti dastanlarda gördü o,
Aşıqların sazinda Ustadnamə dinlədi,
Çəkildi öz qınına, için-için inlədi,
Qoydu dişləri üstə,dəmir pulu çaldı o,
Çaldı balabançi tək,çaldı havacatları,
Qəlbində sevgi vardı,o sazın xəstəsiydi,
Dili dastan,nağıllı,sanki saz ustasiydı,
Həsrət-həsrət baxardı,aşıq dastan deyəndə,
O, xoşbəxt olardı bir,sazla aşıq görəndə,
Toy paltarın geyinib,toyxanaya varanda,
Kəndi dağ ətəyində,yaşayırdı aranda,
Səsi icində qaldı,sevgisi ürəyində,
Boğuldu arzuları,oxumaq yasaq oldu,
Arzular ürəyində,qəlbən saraldı-soldu,
Qönçə qızıl gül ikən,bir qaratikan oldu,
Fikri qəzet jurnalda,elmi-urfanda qaldı,
Oldu bir”Qaraqabaq”, danışdı öz-özüylə,
Yandı aşıq dünyası,öz oduyla,közüylə,
Həsrət ilə baxdı o,çalıb oxuyanlara,
Göndərdilər oxudu mühasib sənətində,
Özünü xoşbəxt sandı,şəhər səltənətində,
Musiqi üzrə yarış keçirəndə dörd rayon,
Qalib oldu səsiylə,birincilik qazandı,
Sandı bu xoşbəxt günün bəlkə ömrü uzandı,
Qazandığı diplomu əlinə də almadı,
Heç o müsabiqədən yadigar da qalmadı,
Beləcə arzuları iç qatında çürüdü,
Nəğmə dolu ürəyi bədbinlik də bürüdü,
Uzaq durdu hər kəsdən,fikrin saldı yazıya,
Ayaq açdı yazdığı rayon qəzetlərinə,
Yazdı gördüklərini,o da yasaq olundu,
Qəlbi dolu söz ikən qoymurdular yazmağa,
Azca qaldı özüyçün ,vallah məzar qazmağa,.
Yamanca tez itirdi o gəlin anasını,
Lalə yanaq,ağ maya,o xallı sonasını,
Bürüdü bir az da qəm,aldı bəxtindən sitəm,
Qaldı gözləri yaşlı,yas tutdu taleyi kəm,
Oldu bəxtinə dustaq,qardaş bacı yükünə,
Qardaşlara,bacıya analıq eylədi o,
Qardaşa ana oldu,toy eylədi əliylə,
Laylaları çaldı o,gözdən axan yaşıyla, ürəyinin diliylə,
Bacıya qızım dedi,gəlin kocürdü onu,
Qaranlıq dünya oldu onun üçün hər tərəf,
Bir ana həsrətindən sarıldı o qələmə,
Gözləri yaş axıtdı,dərdi bə lli aləmə,
Oldu ata dustağı,nə gün gördü,nə fərəh,
Bir ona qayğısını,saydı özünə şərəf,
Yazdı yetim şeirlər gözlərinin yaşıyla,
Ötdü ömürdən illər,fəsli bahar-qışıyla,
Halal ömür yaşadı,dirnagiyla-disiylə,
Tikdi,qurdu,toxudu,əlinin zəhmətiylə,
Heyif qaldı baş-başa,bir ömür möhnətiylə,
Seçdi könül sirdaşı,getdi alı-qumaşı,
Yağı tək yagmaladı,goynətdi bağrın başı,
Oldu vəzifələrdə, mötəbər iş başında,
Dedi öz sözünü o,şerilə gənc yaşında,
Qələmi süngü etdi,yazdı şeir Vətənə,
Gözləri qan ağladı,eldən əsir gedənə,
Yazdı içdən gələni,el uğrunda öləni,
Sanki bir oğul oldu,öz ata yurduna da,
Bənzəmədi taleyi,heç qıza, qadına da,
Qızınmadı kimsənin, közünə,oduna da,
Düşmədi xoşbəxt ola,illərlə yadına da,
Demə təklik-tənhaliq yazıbmış adına da
Tanımaq istəsən sən,ey sevimli oxucum,
O”bəxtəvər”gözəli,
Solub lalə yanağı, xatırladır xəzəli,
Sonu “Qaragün”olan,bəxtəvər di əzəli,
Bir qələm əhli gərək,yaza onun taleyin,
Yazısı tərs yazılan,tərsə düşən mələyin,
Əlləri Haqqa sarı, gecə-gündüz duada,
Başın şeirlə qatır,gəzmir eldə-obada,
Səkkiz ildir itirib,o şah kimi atanı,
Göndərir salavatı,Yasinini oxuyur,
Qurandan Ayələri öz qəlbinə toxuyur,
Səfalı əlləriylə,öz şirin dilləriylə,
Dərdlilərə dayaqdır,əlində qələm-kağız şübhə kimi oyaqdır,
Ona “Anam”deyirlər,Vətən oğul,qızları,
Ona göydən əl edir,səmanın ulduzları,
O ana olmasa da,Ana adı qazandı,
O ana bax bu anda,bu şeiri yazandı,
O Haqq aşiqi Solmaz,şair deyil ozandır,
O görülən yuxunu,Yusif peyğəmbər kimi,
Xeyirlərə yozandır,onu incidən kəslər,peşiman olub özü,
O düşünmədən yazır,Haqdan gəlir hər sözü,
O,ki,gözəl deyildir,Haqdan nurludur üzü,
Qirma onun qəlbini,sən ey nadan,nainsaf,
Yuxularda güzarı Məkkə,həm də Mədinə,
Canını qurban deyib o,İmam Hüseyinə,
Həzrəti Fatiməni unutmayir bir an da,
Ömrü qəmli ötsə də,daim sisdə-dumanda,
Fikri Məşhəddə qalıb,Kərbəla yolundadır,
Qəlbində həsrəti var,olmaq üçün bir zəvvar,
Dağları aşmaq üçün,Nura bulaşmaq üçün,
“Xəlfə Qiyas”ocağı,yuxularda çağırır,
Gələcəm ocağına,gələcəm ziyarətə,
Dolanacam başına,gəzəcəm dörd bucağın,
Üz qoyacam daşına,nolar bir aç qucagin,
Niyyətimi qəbul et,gəlim görüm ocağın,
Solmazı da övlad bil,sən ey ocaq sahibi,
Canına səfalar ver,etmə bucaq sahibi,
Oxuyun dostlar bunu,bir könül hekayəsin,
Yalvarıram Rəbbimə,o məni tərk etməsin!

15-02-2018
Solmaz Şirvanlı

Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər İttifaqınin,”İTİ Qələm”Ədəbi Birliyinin,İraq-Turkmən Ədəbiyyatcı Yazarlar Birliyinin,Beytüs-Səfa”Ədəbi Birliyinin,”Dağ Çiçəkləri”Ədəbi Birliyinin üzvü,”Yurd” Jurnalının xüsusi əməkdaşı”,Qızıl Qələm”Mükafatı laureatı,Şair-Publisist.

www.kafiye.net