KƏRKÜK, SƏNDƏ ELİM QALDI.

 

İtirsən dərd, hal soranı
Bağlayan olmaz yaranı.
Sədd- sərhəd kəsdi aranı
Uzanıqlı əlim qaldı,
Kərkük, səndə elim qaldı.

 

Axısqa, Göycə, Borçalı
Oldu yad ölkə mahalı
Ucaldı yurdun məlalı
Sazım sındı, telim qaldı.
Kərkük,səndə elim qaldı.

 

Parşalandı baba yurdum.
Pərən düşdü milli ordum.
Zəfəri keçmişdən sordum,
Bu günümə zülüm qaldı.
Kərkük, səndə elim qaldı.

 

Xəzan görsə, gələn bahar
Belə dərdə əlacmı var?
Ləçəyi apardı rüzgar
Zimistanda gülüm qaldı
Kərkük, səndə elim qaldı.

 

Doğma olar, dərdə yanan
Türkə, türk arxadır. İnan.
İndi yad sözlə adlanan
Azəri tək dilim qaldı
Kərkük, səndə elim qaldı.

Mübariz Hüseyn
www.kafiye.net