RÜBAİ VƏ DÖRDLÜKLƏR

Erməniyə danışırdı qəm, dərdi.
– Məni üzən, sən verdiyin kədərdi.
Körpələrə ədalətli olmağı,
Sən etmədin, ancaq vəhşi edərdi.
*****
Yola hazırlaşıb qəmli, həvəssiz
Dedim ki, darıxma el, oba mənsiz.
Gördü, ah çəkirəm, qəfil dinərək
Dedi: – darıxacan özün, vətənsiz.
*****
Dönsə əgər bəxtin üzü,
Zülmət görər göz, gündüzü.
Kaş ki, bütün talesizi
Qoruyaydı Allah özü.
*****
Rəhmətlə anılar hər kəsin adı
Əhli – hal olarsa onun övladı.
Başladığı işi oğul qurtarsa,
Deməzlər əlindən yarımçıq qaldı
*****
Demə, günəş kama çatır.
Qürub edib, o da batır.
Həmdərd olanda görürsən,
Hər ürəkdə bir qəm yatır.

Mübariz Hüseyn
www.kafiye.net