Dustaqlıqdan sonra. 2

O zaman mən bilmirdim taley mənə nə sürprizlər hazirlayib,qarşıda məni nələr gözləyir.Mən bilmirdim ki ,bu qalxış ömürlükdü,bir daha yixilmayacagam.Bu indi məni yerdən qaldırmaqçün uzanan əl həyatda da məni qaldircag,bu İlahi tərəfindən göndərilmiş bir əl idi.Biz insanlar Allahin bizimçün hazırladıgı o gözəl sürprizlərdən xəbərsiz oluruq.Dualarimızın havada qalmadigini,mütləq şəkildə qəbul oldugunu yalniz onlar həyata kecəndən sonra anlayib dərk edirik.Allah heçbir duani geri çevirmir,sadəcə hər şeyin bir zamanı var,bizsə bunu çox vaxt anlamayaraq,dualarimizin qəbul olmadigini sanib məyus oluruq..
Qalxdım.Oglanın üzünə heyrətlə baxırdım,o yuxuda gördüyüm Vəkil kişiyə necə də çox bənzəyirdi,sanki Vəkil kişi cavanlaşıb qarşımda dayanmışdı.
-İşçim mənə bu dükanin sahibiylə maraqlandıgınızı söylədi,dükanın sahibi mənəm buyrun.
-Siz….deyib dayandım,dilim tutulmuşdu nə deyəcəyimi hardan başlayaccagimi bilmirdim.İnsanların yuxular haqqinda olan fikirləri müxtəlifdi.,qarşımdakı insan məni anlayarmı,ya ələ salar bilmirdim,bir yuxuya bu qədər çox qapılmaq olmaz amma bu yuxu öz təsiriylə məni büsbütün əhatə etmişdi.
Əhvalımı hiss edən Sahil :
-Ayaqüstə qalmısız ,gedib əyləşək rahat danışaq.deyərək mənə mətbəxin yolunu goztərdi,artıq buranı tanıyırdımgördüyüm hərşey mənə elə tanış gəlirdi ki sanki burda dəfələrlə olmuşam.mətbəxə keçdik,mənə əyləşməmi buyurub özü şay süzməyə başladı,elə bu halından onun necə təvazökar və sadə insan olması aydın hiss olunurdu,onun bu səmimi rəftarı mənim narahatlıgımı apardı,ona hər şşeyi lap başdan danışdım,mən danışdıqca o diqqət dolu baxışlarla gözlərini mənə zilləmiş,gah dolur,bəzən də gülmsəyib başını bulayırdı.Nəhayət mən öz söhbətimi bitirdikdən sonra o da danışmaga başladı.
– Sənin yuxun mənə ox təsir etdi.Məsələ bundadı ki yuxuda gördüyün Vəkil kişi mənim atamdı və qəzada öldüyünü gördüyün o oglu mənəm.Amma o gün həmin qəzada mən onları yox,onlar məni tərk edib əbədi həyata köçdülər.Sənin yuxunda onların səni mənim yerimə qoymasi nyəsə bir işarədi.Bu ilahinin təqdiridi,bəlkə də həm sənin həm də mənim etdiyim dualarin bir cavabidi.mən hər gün Allaha atam və anam üçün dua edirəm.Bu isə mənim dualarimin bir cavabidi.
-Gedək mənlə.. -deyərək cəld ayaga qalxdı və mənə də ayaga qalxmam üçün işarə etdi.
Birlikdə Sahilin maşınına əyləşdik,bizim hara getməmiz isə mənimçün çox maraqlı idi,lakin bir söz soruşmurdum.sahilsə dərin fikirlərlə yalnız yol abaxir və heç danışmırdı…

“Dustaqlıqdan sonra.”….ardı var…(.-2-ci hissə)

Niki Şems Nigari
www.kafiye.net