Hamı Yığılanda

Hamı yığılanda süfrə başına
Anam pay çəkərdi tez boşqabıma
Deyərdi elə ye heçnə qalmasın
Qoy sevdiyin adam çirkin olmasın.

Mən də həvəslənib elə yeyərdim
Sivririb boşqabı təmizləyərdim
Götürüb əlimə təmiz boşqabı
Göstərib anama gülmsəyərdim.

Anam gülümsəyib başın yelləyib
Qəh-qəhə çəkərdi elə dərindən
Mən də tez küsərdim giley eləyib
İmtina edərdim şam yeməyindən

Ağ atlı oğlanın xəyalın qurub,
Xəyallar içində mən yaşayardım.
Gecələr tez yatıb sübhdən durub,
O sonsuz yollara mən boylanardım.

Durardım aynanın tez-tez önündə
Saçıma yüz dəfə sığal çəkərdim
Ağ atlı oğlanın gələn gününü
Elə səbirsizcə mən gözləyərdim.

Nahidə Tağiyeva Qurbanova 03.05.2018
www.kafiye.net