Quran “Zilzal”

Quran “Zilzal” surəsinə istinadən
Yer üzü bizə yalvarır:
Yandırmayın meşələri.
Sıxılır ,köksüm daralır,
Havam çatmır, boğuluram,
Çirkləndirməyin suları.
Balıqların dili yoxdur,
İncitməyin balıqları.
İçimdəki titrəmədən,
Zəlzələdən dağılıram…
İtirməyin insanlığı
Yaradanın sevə-sevə yaratdığı
Təbiəti məhv etməyin!
Heyvanlar da Yaradanın 
axı dilsiz qullarıdır,
Heyvanları incitməyin.
İtirməyin insanlığı…
Peşə sayıb özünüzə yamanlığı
Zəiflərə divan tutub ,
xar etməyin
Sinəm üstə təkəbbürlə gəzə-gəzə,
Ölkələri viran qoyub dağıtmayın!
Fitnə-fəsad törətməyin!
Bir gün gələr mən Rəbbimin izni ilə
Titrəm-titrəm titrəyərəm,
Çıxararam içimdəki ah-fəğanı,
Göstərərəm üzərimə tökdüyünüz
nahaq qanı.
Danışaram Yaradanın izni ilə
Olanları-bitənləri,
Açıb bir-bir göstərərəm
Gizlinləri ,itənləri.
Soruşarsız heyrət ilə:
“Görəsən nə olub yerə?””
Necə olar ey insanlar,
Dərin-dərin qatlarımda
Saxladığım o sirrləri,
O dəhşətli günahları,
Bağlı boxça düyünləri,
Doğruları ,yalanları
Öz içimdə olanları
Üzə çıxarsam vulkan tək?
Qıvrılarsız kirpi ağzında ilan tək.
Yaman olar əhvalınız
İçimdəkiləri atsam
Mən yarılıb sizi udsam.
Bax o zaman hər kəs alar
Etdiyinin əvəzini:
Zərrə qədər yaxşılığın səvabını,
Zərrə qədər pisliyinin cəzasını.

17.05.2017
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net