BU GÜN

Bu gün başıma belə bir əhvalat gəldi
Qardaş, mərdiməzarı axtarmaqla deyil, özü 
gəlib tapır adamı. Həyətdə işləməkdən yorulub,
uzanıb dincəlirdim. Elə gözümü təzəcə yummuşdum 
ki, tanış olmayan bir nömrədən zəng gəldi.
Soruşdum kimdir dedi ki, mən qəribə bir sinədəftər
adamam. Başqa rayondan gəlmişəm, deyişməyə adam
axtarıram. Hamını bağlamışam indiyə qədər. Məni
bağlaya bilərsən? Elə bil təpəmə bir vedrə qaynar
su tökdülər. Dedim ki. qardaş kim olduğunuzu bilmirəm,
amma etika adlı anlamdan xəbəriniz var? O nə deməkdir ?
deyə ,sual etdi. Dedim ki. qardaş, elə bil deyişib mənə qalib
gəlmisən. Sənə ayırmağa vaxtım yoxdur. Telefonu qapayıb
uzandım yerimə. Heç on dəqiqə keçməmiş, yenə telefon zəng
çaldı. Gördüm ki yenə həmin hərifdir. Dedim ki, qardaş. əl çək
məndən. Dedi ki, xeyri yoxdur, ya sən məni bağlamalısan,ya
mən səni. Milli söyüşlərimizdən birini ona hədiyyə eləyib
dedim ki, mən səni ancaq tövlədə mıxa bağlaya bilərəm.
Sonra dedim ki, qulaq as, mən birbaşa tərifini verəcəm sənin.
Bədahətən aşağıda yazdığım sözləri mesaj elədim ona.
Tapşırdım ki, bir də burnunu hər yerə soxmasın.
—————————————————————————-
Məni deyişməyə çağıran hərif,
Gərəkdi beynini yoxlaylm sənin,
Ədəb-ərkanını eyləyib tərif,
Vəsfini divara mıxlayım sənin.

Qəzəbliyəm, od püskürür körüyüm,
Yaxın dayan, alovuma bürüyüm,
Bir az bərkə-boşa çəkim, sürüyüm,
Öldürüm, üstündə ağlayım sənin.

Fələk mənə tuş salıbdı yolunu,
Çaşdırırsan sağın ilə solunu,
Sındırım qıçını, qırlm qolunu,
İçi boş başını dağlayım sənin.

Deyirsən şairsən, özünə görə,
Gəlib Kürdəmirdə keçmisən girə,
Hlndə qırt yatmısan, basıb bit-birə,
Qanad-lələyini yağlayım sənin.

Çingizəm, gəl səni sürümə qatım, 
Kürəyinə yəhər, üstdən yük çatım,
Qabağına arpa, saman, ot atım,
Başını tövləyə bağlayım sənin.

25. 04. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net