Əziz dostlar! Bu gün səhər tezdən Sakit Məmmədov

qardaşımızın paylaşdığı status məni tamam üzdü.
O, həmkarlarını feysbuxda paylaşılan mənasız “şeirlərə”
verdikləri rəylərə görə qınayırdı. Şəxsən mən dəfələrlə
belə şeirləri tənqid etdiyimə görə dostlar itirmişəm.
Amma, bundan sonra, heç kimi tənqid etməyəcəm. Nə də düzgün tərzdə yazılmayan şeirlərə rəy bildirməyəcəm. Burda hamı sərbəstdir.Kim nə istəyir, yazsın. Məni heç kim məcbur edə bilməz ki, şeirin nə olduğunu bilməyənə “ƏLA”! yazıb özümü dostlarımın gözündən salım. Əvəzində məndən yaxşı rəy gözləyən, amma gərəksiz söz toplusu paylaşanlar mənə rəy bildirməsinlər.Mənasız şeirlərə də yüksək qiymət verən dostlarımdan da xahiş edirəm ki, mənə münasibət bildirməsinlər. Mən şeiri rəydən ötrü yazmıram. Onsuz da bilirəm ki, 10-15 adam oxuyur yazdıqlarımızı.

Başa düş

Sənə mən söz deyirəm, ay bəni-insan,, başa düş,
Salmısan bir günə, yox dərdimə dərman, başa düş.

Şerinin hər sətiri, məndə “xoş” əhval yaradır,
Ruhuma qaşov çəkən “vəzninə “ heyran, başa düş.

Yox idi yazmağa meylim, qələmi atmış idim,
Yenə məcbur elədi, taleyi-dövran, başa düş.

Hamının səhvi olur, azca mənə diqqət elə,
Qafiyə sayılmayır, dağ, dərə, orman, başa düş.

Yoxla hər bir sətiri, sözlərini təftiş elə,
İkicə hərf eləyər, Salmanı,- şalban, başa düş.

Sabiri, Vahidi, Pünhanı mükəmməl duyuram,
Süd, qatıq, şor gəlir əvvəl, sonu ayran, başa düş.

Qorxuram ki, oxuyub sözlərimi səhv yozasan,
Verəsən ayrı cürə, dostluğa fərman, başa düş.

Şairə sadiq olub, hər zaman “ İlham Pəri”si,
Lazım olsa, eləyər cismini qurban, başa düş.

Səni indi tanıyır bir neçə vecsiz fanatın,
Çingizi sonda anar, Azərbaycan başa düş.

Çingiz Kürdəmirli
www.kafiye.net