29 rəqəmi mənim həyatımda ən uğurlu və ən sevimli bir rəqəmdi. Çünki,təqvimdə bu rəqəm mənim həyatıma xoşbəxtlik gətirib, gül ətri bahar təravəti gətirib biricik övladım Gülbaharımı gətirib.Yaşam həvəsi tapdım bu rəqəmdə mən,özümü yenidən kəşf etdim bu rəqəmdə mən.Canım qızım həyatımın nəşə qaynağı doğum günün mübarək olsun.Sənə həyatda sevinc və səadət dolu günlər arzulayıram.

Təqvimdə rəqəmlər bir birinnən çox,
Vardır ondoqquzu,biri,otuz.
Hamısı sevimli hamısı əziz,
Amma çox sevirəm iyirmi doqquzu.

Bu rəqəm səadət bəxş edib mənə,
Ömrümə çiçəkli bahar gətirib.
Ən miskin ən kövrək,dərdli anımda,
Gülbahar balamı mənə yetirib.

Sevdirib həyatı yenidən mənə,
Daddırıb ən şirin nemətini də.
Ömrə küsüb arxa çevirdiyim an,
Dəf edib qəlbimin zülmətini də.

Aylar da illər də əzizdir indi,
Biri əvəz edir iyirmi,otuzu.
Amma balam qədər doğmadır mənə,
Bu aprel ayının iyirmi doqquzu.

Metanet Duyğulu.
www.kafiye.net