İş Bitiminde

İşlərimi bitirib evə getməyə hazırlaşırdım.Paltomu geyinərkən gözlərim pəncərədən çölə baxırdı.Bayırda qar yağır,balaca yupyumru qapqara gözləri olan təxmini 3 yaşlarında olan birqızcıgaz bayırdan dükanın içinə baxırdı.Uşaq necə də şirindi,ürəyimə qəribə bir istilik doldu bu qızcıgaza baxarkən.Gözlərim doldu,o necə də ona bənzəyir.Yoxsa mən xəyalmı görürəm?Hərgün düşünməkdn artıq xəyalı balaca uşaq formasında mı qarşıma çıxır?Mən dükandan bayıra çıxıb o balaca qızcıgaza yaxınlaşmaq istədim.Allahım bu nədir? Gözlərimə inana bilmirəm.Bu odu.Bayaq pəncərədən gördüyüm o balaca qızcıgaz hardadı bəs? Qarşımda dayanan Aygündü ya onun xəyalı ? İllərdir gözlərimin önündən getməyən o məsum baxışlar,muncuq kimi qara gözlər düz gözlərimin içinə baxırdı.Aman Allahım, o mənə sarıldı,bu soyuq havada bu sarılış necə isitdi məni.Ruhuma yayıldı bu istlik..Mən necə darıxmışam..İllərdir həsrətini çəkdiyim yarım indi mənə sarılıb.Mən də onu bərk-bərk qucaqladım.Ətrafda olanlardan xəbərsizdim.Kimlərsə bizə kənardan baxırdı ,amma biz öz sevgi aləmimizdə idik.İnsanların düşüncələrindən sıxılmış,baş verənlərdən yorulmuş və hər şeyə sanki üsyan edərək bir-birimizə sarılmışdıq..Zamanında bizi zorla ayırmışdılar,biz isə indi elə möhkəm-məhkəm sarılmışdıq ki,sanki kimsə gələcək və yenə biziqoparacaq bir-birimizdən..Allahım bu heç bitməsin..Elə şirin elə gözəl andı ki bu an,elə hey uzansın, amma bitməsin….Fikirlərim yayınırdı:”Bayaq gördüyüm o balaca qız kim idi?O ,mənim gözlərimə göründü ,ya həqiqət idi?Bəs o gün Aygünü məndən qoparib alib aparan nişanlısı indi harda idi?Görəsən nə baş verib?”-.Beynimdə o qədər suallar var idi ki..Amma bu sualları verib bu şirin sarılışdan qopmaq istəmirdim.Bir ömür boyu belə qala bilərdim.O qədər özləmişdim ki onu..Ruhumu büsbütün isidən,məni dünyanın ən xoşbəxti edən bu anın heç vaxt bitməsini istəməzdim…
Soyuq bürüyür məni,üşüyürəm.O agappaq qarla örütülən o işıqlı dünya yox olur sanki,Aygün qollarımın arasında yox olur.Bu nədir ilahi mən hardayam?bu nə səsdi belə?..Dəmir qapı səsi.Bu ki o soyuq məkanın qapısının səsidi.Bu soyuqluq o yerin soyuqlugudu.Aldıgım təmiz hava hara getdi?Sıxıcı bir hava boğur məni..Allahım yoxsa mən yenə xatirələr evinə qonaq gedirəm?Axi niyə ?Mən çox xoşbəxtəm axı indi.Mən xatirələr evini yox,indi öz dünyamı istəyirəm.Aygünə sarıldıgım yağan qarın altındakı bu dünyanı istəyirəm.Amma gələn dəmir qapı səsi məni alır bu dünyadan aparır…Allahım ,mən ordayam ,o soyuq və qaranlıq yerdəyəm..Bu nədir belə? O gözəllliklər hara getdi? Aygün hara getdi?..Ətrafdan səs eşidildi..
–Ey səninləyəm,fikrin hardadı?
Donub sakitcə mənə səslənən o dəmir qapının yanındakı işçiyə mat gözlərlə baxırdım..Sonra bir də ətrafa baxmaga başladım.”İndi nə vaxtdi? Saat neçədi?günortadı ya axşam? Mən hansı fəsildəyəm?neçənci ildəyəm?”-Suallar beynimdə fırlanır və otagı da sanki başıma fırladırdı..Heç cür ayıla bilmir,özümə gələ bilmirdim.Yavaş-yavaş hər şey yadıma düşməyə başlayırdı.Sonuncu dəfə gecə namazda Allaha dua edirdim.Ən son yadıma bu gəlir.Yəqin ki ,artıq səhərdir..Gələn qapıçı yenə məni düşüncələrimdən ayıraraq səsləndi.
-Həmid Azəroglu,AZADSIZ………………….

Dustaq……SON…………………

Niki Şems Nigari ..19.04.2018
www.kafiye.net