BU MƏHƏBBƏTDİ

Qoşa izlərimiz silinir indi,
“Yarım”ız ayrılır, bölünür indi,
Tənhalıq acısı bilinir indi,
Səninlə hər anım əbədiyyətdi!

Bizə ərməğandı məhəbbət çətri,
Eşqindən, sevgindən aldıqca ətri,
Sevda qoxuyurdu şerimin sətri,
Səninlə hər anım bir şeriyyətdi!

Ən uca zirvəyə çata bilirdim,
Ulduzu əl atıb tuta bilirdim,
Sən vardın kədəri ata bilirdim,
Səninlə hər anım, bil, səadətdi!

Ruhumdu eşqindən,alışan, yanan,
Sən oldun bu eşqi duymayan, danan,
Goruslu aldatmaz, əzizim, inan,
Bu elə sevgiydi, bu məhəbbətdi!

Təvəkkül Goruslu. 25.04.2018
www.kafiye.net