QAYDASI YOX Kİ

İlahi, sən qaytar məndən gedəni,
Canımdan can qopub, sızlayır yeri.
Gəl qaytar , bu məni məndən edəni,
Vallahi, mən olmam, dönməsə geri!

Onsuz da içimdə Məcnun kimiyəm,
Məcnunun atmayan Leylidi o da.
Mən onun sızlayan, yanan simiyəm,
İkimiz birlikdə dönmüşük uda!

Mahnımız, nəğməmiz qalıb geridə,
Daha ağlamırıq, dərddən gülürük!
Sükuta batıbdı görüş yeri də,
Sevgimiz öldükcə biz də ölürük!

Zamansız bir sevda gəlməsin, Allah,
Gizlicə sevməyin faydası yox ki.
İki qəlb gizlicə sevməsin, Allah,…
Amma ki, sevginin qaydası yox ki!

Təvəkkül Goruslu. 26.04.2018
www.kafiye.net