şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Allah
Könlümdə sevincin qəbristanlığı,
Kədərin gül açan gülüstanlığı.
Zülmətin amansız hökmranlığı
Görən nə vaxtadək sürəcək,Allah?!
Ömür ilmə-ilmə sökülüb gedir,
Ümid öz qınına çəkilib gedir,
Həsrətim payıza bükülüb gedir,
Taleyim yenə tor hörəcək,Allah!
Buludlar Günəşi kölgələyəcək,
Qaralar ağları ləkələyəcək,
Zaman girdabında bəs nə vaxtadək
İtlər Aya baxıb hürəcək,Allah?!
Şərin üsyanı da dünya yaşında,
Ölkələr,millətlər güc savaşında,
Məzlumlar islanıb dərd yağışında,
Bu xalq nə vaxt xoş gün görəcək,Allah?
Tənha Bulud ,eşqin dəryadan dərin
Xırıdarı oldun qəmin,kədərin
Cərgəsi dağılmış düşüncələrim
Bəs nə vaxt nizama girəcək,Allah?!
Tamara Rüstəmova/Tənha Bulud/
www.kafiye.net
Yorum Yapın