Ürəyim

Alışa bilmirəm miskin həyata,
Necə deyim qanma, duyma, ürəyim,
Yan-yörəmi iblis, şeytan bürüyüb,
Fitnə-fəsadlara uyma ürəyim.

Könül evim günü-gündən sökülür,
Göz yaşlarım qələmimdən tökülür,
Qüssə, ələm sıxır, belim bükülür,
Yaşamağı asan sayma, ürəyim.

Maneələr dəf eyləyib keçmişəm,
Dürlü sözlər əkib, şeir biçmişəm,
Bu ağrı-əzabı özüm seçmişəm,
Məni yarı yolda qoyma ürəyim…

Çox səbəb olmuşam söhbətə, sözə,
Könlümdən keçəni demişəm üzə,
Dost yolunda fəda olan Çingizə,
Bir az möhlət elə, qıyma, ürəyim.!

Çingiz Kürdəmirli.
www.kafiye.net