ŞEİR.

Şeiri şeriyyatı yaratmaq üçün,
Məcbur et nə qələm nədə zehnini.
Nə kağız qarala,nə qafiyə qur,
Nədə ki boş yerə yorma beynini.

Şeir elə uca zirvədir ki o,
Nə şaha baş əyər nədə gədaya.
Sən belə gətirmək istəməsən də,
Səni məcbur edib gələr dünyaya.

Şeir saf sevgidir,şeir məhəbbət,
Onun da əbədi qalası vardır.
Səndən sevə sevə doğulsun gərək,
Çünki,onun da bir laylası vardır.

Şeri yaranmağa məcbur etmə gəl,
O,məcnun-Leylidir,Əsli-Kərəmdir.
Vətən sevdasıyla qovrulsan əgər.
Görərsən yazdığın,bütöv vətəndir.

Yazanda elə yaz,elə yarat ki,
Yazdığn məzlumun dadına yetsin.
Haqqı,ədaləti yazmaq üçün hey,
Qələm özü səni qoy məcbur etsin.

Müəllif.M.Duyğulu.
12.03.2018
www.kafiye.net