SƏN QAYITMADIN.

Getdi bahar da, yay da,
Ötüşdü il də, ay da,
Yene sən qayıtmadın!
Gözlərimə yaş verdin,
Bahar adlı qış verdin,
Yene sən qayıtmadın!

Ömrumu verdin yelə,
Üzümə gülə-gülə,
Yenə sən qayıtmadın!
Aglatdın bilə-bilə,
Yaş tökdüm gilə-gilə,
Yene sən qayıtmadın!

Adımı saldın dilə,
Ömrümü verdin yelə,
Yenə sən qayıtmadın!
Naləm çıxıbdır zilə,
Döndüm ocaqda külə,
Yenə sən qayıtmadın!

Aglar qoyma bu qədər,
Solmazı sardı kədər,
Yaş tökdüm nahaq, hədər,
Yene sən qayıtmadın!
Yenə sen qayıtmadın!!!.

Solmaz Şirvanlı
www.kafiye.net