“Küçənin ortasında aglayan qadın”

Bizim məhəllədən deyildi,amma hər gün onu bizim məhəllənin qarşısındakı skamyada oturub aglayan görürdüm.İçin-için ağlayıb gözyaşları tökər,bir qədər fikrə gedib sonra düşüncələrindən ayılar ,sakitcə məhəlləni tərk edərdi.Artıq onu hər gün məhəlləmizin qarşısında görməyə alışmışdım.Mən hər gün işdən evə dönərkən bu mənzərənin şahidi olurdum.Hər gün eyni vaxtda – səhər mən işə gələrkən gəlib bu skamyada əyləşərdi.Libası da hər dəfə dəyişilmiş,təzə və gözəl olardı.Geyimindən onun dilənçi,ya da çölə atılmış biri olmadıgı da aydın görünürdü.Amma gözyaşları onun tənhalıgının göstəricisi idi.Onun bu halına acıyırdım,qəlbimdə bir mərhəmət hissi oyanmışdı ona qarşı .Özlüyümdə qərara gəlmişdim ki ,gedib onunla həmsöhbət olum,dərdini dinləyim,gözyaşlarının səbəbini öyrənim.Maraqlısı da bu idi ki,məhəllədə heçkim ona yaxınlaşmır,”niyə aglayırsan?” deyə sual etmir və heçkim onunla ünsiyyət qurmurdu.Hətta skamyanın kənarında yerləşdirilmiş uşaqlar üçün olan yelləncəklərdə yellənən uşaqlar belə ona yaxınlaşmırdılar.Bu mənzərə mənim diqqətimdən yayınmamışdı əlbbəttə.Amma vaxt edib düşündüyümü həyata keçirdə bilməmişdim hələki.
O gün həmin qadın yenə o skamyada əyləşmişdi.Al qırmızı geyinmişdi,və diqqətimi isə onun bu gün aglamagı deyil,məhz gülməyi idi…İşə getməzdən öncə pəncərəni baglayarkən yuxarıdan gördüyüm bu mənzərə məni heyrətləndirdi,ürəyimdə bir sevinc hiss etdim,görəsən bu gözüyaşlı qadını al geyindirib,güldürən nədir belə? -deyə içimdə bir sual yarandı..Tez pencəyimi geyinib aşagı düşdüm,vaxta hələ yarım saat var idi.Gəlib bu qadınla söhbət etmək və hər şeyi öyrənmək istəyirdim..Aşagı düşüb skamyaya yaxınlaşdım,gördüyüm mənzərə isə məni özümdən alıb uzaqlara apardı,o an sanki qanım dondu,o an düşüncələrim dumanlanib fikirlərim də bir-birinə qarışdı.”Salam” vermişdim,qadın üzümə gözlərində yaş,dodaqlarında gülüşlə,başı əsə-əsə baxır,gözləri o yan -bu yana gedir,gülüşü ilə aglamagi bəlli belə olmurdu.Bu dəhşətli bir hal idi,o,deyilən sözləri anlayacaq bir halda deyildi,gözləri görsə də baxar kor idi.Mənə baxsa da məni görmür,heçkimi və heçnəyi nə eşitmir,nə də anlamırdı.O başqa bir aləmdə xulayalarla yaşayan adama bənzəyirdi sanki.Məhz həmin gün anladım ki,hər gün onu başqa məhəllədən bizim məhəlləyə gətirib ,bu skamyada əyləşdirib ,agladan o səbəb hər nədirsə onun aglini əlindən alan bir dərdə çevrilmişdi.
Mənə gələn zənglə düşüncələrimdən qopub,saatın fərqinə vararaq işə gecikdiyimi görüb getməyə tələsdim.Suallarım ürəyimdə qaldı,verə bilmədim.Bu məni aylardı düşündürən səbəbi anlamaq istəyirdim,amma keçən zaman dayanmırdı,dəqiqələr ötüşürdü,zamanım yox idi.Qərara gəlmişdim ki ,həmin gün işdən tez çıxıb mütləq həmin qadının yanına gəlim və onu dindirib danışdırım.Aglı üstündə olmasa belə onu agladan dərdin onun düşüncələrində oldugunu bilirdim və dərdini mənə danışacagını hiss edirdim..Elə bu fikirlə də işdən tez çıxıb evə tələsdim.Fikrim məhz o skamyada idi deyə,ətrafa da diqqət etmirdim.Gözlərim uzaqdan məhz həmin skamyaya zillənmişdi və elə uzaqdan da bir boşluq görürdüm skamyada və təəssüflər bogazimdan tutub bogurdu sanki..Yaxınlaşdıgımda uzaqda gördüyüm mənzərənin həqiqətən dogru oldugunu ,Qadının yerinin boş oldugunu görüncə heyrətləndim,bir qolumdakı saata,bir də telefonun saatına baxdım.Yoxsa mənmi səhv salmışam zamanı.Ya bu fələyin oyunudur mənimlə? Bu aglı üstündə olmayan qadın nə üçün hər zaman eyni vaxtda gəlib eyni vaxtda da gedirdi?axi o zamani necə bilirdi? o qədər çox sual vardı ki beynimdə….
Birdən arxadan kürəyimə gələn qəfil toqquşma məni düşüncələrimdən ayırdı.Bambaşqa bir aləmdə idim sanki,yalnız o zaman ətrafımda baş verənləri duyub görməyə başladım .Mənim skamyada axtardıgım o qadın yerdə cansız uzanmışdı.Gördüklərimə şok oldum,ətrafdan gələn səslər qulagima dəyməyə başladı.” Allah rəhmət eləsin.” Allah günahların bagişlasın.” “vaxtında cox zulmlər edib,öləndə tək öldü ” və s.kimi sözlər beynimdə dumanlandı.Mən bu məhəlləyə təzə köçmüşdüm deyə burdakı camaatı da çox yaxından tanımırdım və burda bu qadını da bu insanların tanıdıgını yalnız indi anlamışdım və beynimdə daha çox suallar yaranmaga başlamışdı.
Səhərisi gün qadının dəfn mərasimində iştirak etmək üçün işdən izin almışdım.Azan oxundu,qadını dəfn edib evə qayıdırdıq.İnsanlıq ölməmişdi,tənha belə olsa dəfn edildi,Yasin də oxunuldu onunçün.Amma mənə maraqlı gələn nüanslar var idi,mən onu kimdən,necə öyrənə bilərdim axı..Məhəllədə xətrimi istəyən Fatma xala vardı,nurani,xoş təbəssümlü qadın idi.Qərara gəldim ki ,Evə gedib yuyunum,sonra gedim Fatmaxalgilə,bəlkə o mənim beynimdəki bu cavabsız sualların cavabını verib,məni də bu pərişanlıqdan xilas edər.Düşündüyüm kimi də etdim.Fatmaxalagilə gedib ,əvvəlcə hal-əhval tuttuqdan sonra ,o qadının kimliyi,onu tanıyıb tanımaması və hər gün bu məhəllədə gəlib aglaması və s. suallarımın cavabını tapacaq şəkildə özü hər şeyi mənə danışmaga başladı.Mən təkcə -Fatma xala,o qadın….- dedim və sözüm elə yarımçıq qaldı fatma xala söhbətə başladı..
– Hə oglum,o qadın…Sənin hər gün məhəllənin ortasında dayanıb aglayan bu qadının diqqətini çəkdiyini,düşündürdüyünü bilirəm.Hər gün işə gedərkən və gələrkən ona necə baxdıgını görürdüm.Dünən də işə getməzdən əvvəl o skamyaya yaxınlaşmagın gözümdən yayınmadı.Beynində sualların toplandıgını və bu cavabsız sualllara aydınlıq gətirmək istədiyinin də fərqindəyəm.Danışacagam, oglum ,danışacagam sənə hamsını..Çay gətirim içək və söhbətimizə davam edək,yaxşı? – deyərək o qalxıb,əlini əlimə vuraraq iki gozunu acib yumaraq gülümsündü və mən də elə o jestlə təstiqləyib -yaxşı dedim.
Fatma xala gedib çay,konfet,,pçenya gətirib süfrəni düzəltdi..Armudu stəkanda iki pürrəngi çay da qoyub yanımda əyləşdi.Və söhbətə başladı.
– Oglum o gördüyün qadın bir zamanlar bizim məhəllədə yaşayırdı.Bir oglu və bir yoldaşı vardı.İkisi də eyni xarakterdə idilər yoldaşı ilə.Qəddar,pula həris və adi bir şeyi dava-dalaşla nəticələndirən insanlar idilər.Məhəllənin ən varlı şəxsləri idi onlar.Hətta qonşulardan kimin pula ehtiyacı olsa ondan istəyər,qarşılıgını artıqlaması ilə ödəyərdi.Bax belə oglum.Zaman keçdi,oglanları böyüdü,bir qızı sevdi,çox sevdi,evlənmək istədi,razılaşmadılar.Qız kasıb qızı idi,amma savadlı,gözəl və sakit bir uşaq idi .Amma Alllahyarla Sevda onu kasıb oldugu üçün qəbul etmirdilər,öz varlı dostlarının qızlarını almaqçün sözləşmişdilər.Amma Rəmzi məhs Sevgülü sevirdi,onunla evlənməsə özünü öldürəcəyi hədəsi ilə valideynlərini razı salıb,qapısına elçi getdilər. Öz aralarında isə sözləşmişdilər ,müvəqqqəti alıb sonra şərləyib oglanin gozundən salaraq boşatdırsınlar və ondan sonra öz həqiqətlərini oglana yeridib öz istədikləri qızla evləndirsinlər.Evliliyin ilk günündən müxtəlif mübahisələr,xüsuslilə qızın kasıblıgının ortalıga qoyulması ,qızın valideynlərindən olmazın tələbləri və s..Nəhayətki öz istəklərinə çatıb qızı boşatdırdılar.Amma Allah ədalətli idi,bir qizin ömrünü almaq ,həyatını məhv etmək nə deməkdi onlara göstərdi.Oglanı ikinci dəfə evləndirdilər,amma oglan xəstəliyə tutuldu,o ikinci yoldaşı ilə ailə münasibətində belə ola bilmədi.Bir müddət sonra qız onu tərk edib getdi.Oglan daha agır xəstəliyə tutularaq bir müddət sonra dünyasını dəyişdi.Atası tək oglunun bu dərdinə dözə bilməyib infakt olaraq tezliklə o da bu qadını tənha qoyuq haqq hesab verməkçün o biri dünyaya yol aldı…Və sonda da Sevdanın aqibətini özün gördün…
-Bəs o həmin gün niyə qırmızı geyinmişdi?
-Ogün Rəmzi ilə Sevgülün toy günü idi.O həmin gün geyindiyi paltarı geyinmişdi əyninə.Səbəbini bilmirəm,amma yəqin ki öləcəyini hiss edibmiş,bəlkə də peşmanlıgın bir acısı imiş,nəbilim.
-Mən ona yaxınlaşdıgımda o agli ustündə olamayan insana bənzəyirdi.
-Hə oglum,bu hadisələrdən sonraa o aglini itirdi, evdəki butun əşyaları sındırır,qışqırıq salırdı,.sonra qonşuların şikayəti ilə onu xəstəxanaya yatırdılar,bir müddət orda qaldıqdan sonra isə çıxıb gəldi.Amma heçkim onu dindirmir,danışdırmırdı.O da evini satıb başqa bir yerə köçdü.Bir müddət onu heçkim görmədi,amma son aylarda o hər gün gəlib bu məhəllənin skamyasında oturub aglayırdı.
-Bəs niyə məhz həmin skamya?
-Çünki o Sevgülün evdən qovuldugu vaxt bir necə gun yenidən evə qayida bilmək ümidi ilə oturub əyləşdiyi skamyadır,yəqin ki o səhvini anlayırmış son zamanlarda ,bəlkə də peşmanmış.
-Bəs Sevgül hardadır indi?
-Sevgülün indi harda,necə oldugunu bilmirəm.Amma onu qəbirüstündə olarkən hamı getdikdən sonra qəbirin ətrafına gəlib çiçək qoydugunun şahidi oldum…..

Niki Şems Nigari /26.03.2018..16:42…

www.kafiye.net