Son sözlər (7-ci hissə)…son..

“Sən birilərinin eşqiylə yaşayarsan,yaradarsan,onun isə umrunda olmazsan..zaman keçər ,biri gələr sənin bu yaşam eşqinə heyran olar,səndəki hərşeyə heyran olar və dəyərləndirər səni,səni özünün idealı bilər və səndən nümunə götürər,səndən öyrənər həyatı,sevər yaşamağı..yaşamaq həvəsini itirən birinə yaşama sevinci olarsan özün də bilmədən .. Bir kitabtək oxuyar səni və səndə rahatlıq tapar …sən bunu anlayarsan ,onun diqqətini hiss edərsən və özünü dəyərli hiss edərsən ..qəlbinin içindəki tamamlanmayan o hissi onda taparsan ..zaman-zaman sən də ona heyran olarsan ,ondakı özəlliklərin fərqinə vararsan,sən də ona onun dəyərli oldugunu hiss etdirərsən ..zamanla bu hisslər özəlləşər ,ikiniz də fərqində olarsız bunun ,zamanla qəlbinizdə sevgi adını verəcəyiniz hissə çevrilər bu duygular …zamanla bu sevgi bir baglılıga çevrilər …o sənə bütün dünyasını vermək istəyər ..o sənə diləsən ömrünü verər…o səni sənin özündən daha çox sevər ,fəqət sən bunu anlamazsan ..insanlardan gördüyün rəftarlar və qəlb qırıqlıqlarının təkrarlanma qorxusu qəlbini elə bürüyər ,gözünü elə tutar ki duymaz,görməz olarsan bunu …onun səni daha çox sevdiyini bilərsən özlüyündə ,amma bunu ondan gizlədərsən,o bunu zamanla hiss edər…səni bütün sevgisiylə əhatə etmək istəyər…səndən sənə diqqət etdiyi kimi diqqət istəyər təkcə..bunun bədəlini sənsizliklə ödəyər…sən ona indiyə qədər yaşadıqlarının hirsiylə yanaşarsan..çəkdiyin əzabların acısını ondan çıxarsan …onu anlmazdan gələrsən ,soyuyarsan,uzaqlaşarsan…bir zamanlar ən gözəl kəlmələrlə üzündə gülüş yaradan sən ən acı kəlmələrlə onu özündən soyutmağa çalışarsan,fəqət onun qəlbini nə qədər yaraladığının fərqində olmazsan ..nəinki ona bəxş etdiyin dünyanı,hətta onun öz dünyasını belə qaraltdıgınınn fərqində olmazsan və ona verdiyin dünyayla bərabər öz dünyasını da əlindən almış olarsan…..”—-Bu onun həmin qeydi idi ki məni aglatdi..Nə olub bitmişdi,Zamin Selcandan öncə kimin eşqi ilə yaşayib yaradibmiş bilmirəm ,ama bu yazıdan çox şey anlaşılırdı..Sanki Selcan bunu Zaminçün yazmışdı və dogurdan da Selcanın öz dünyası da artıq yox idi….O başqa bir dünyaya,başqa bir aləmə köçmüşdü artıq və bəlkə də bu dünyada tapa bilmədiyi o xoşbəxtliyi artıq tapmışdı..kim bilir…..Bu isə onun qoyub getdiyi “Son sözlər ” idi….

son…..

Niki Şəms Nigari.

PS:əslində ilk bu sözləri yazmışdım status olaraq oxuyanlar bilərlər və elə bu statusu yazanda artıq beynimdə bu senari hazir idi sadcə sözlərə düzmək və yazıb paylaşmaq zaman aldı…
xahiş edirəm fikirlərinizi əsirgəməyin.oxucuların fikirləri mənimçün çox önəmlidir.

 www.kafiye.net