Son sözlər(6-cı hissə)

Natiqdən Zaminin nömrəsini istədim ,təəccübləndi ,ona hərşeyi danışmalı oldum ,beləliklə Zaminə də xəbər çatdı..
O xəstəxanaya gələndə üz -gözü tər içində,hətta üst geyimini belə tərsə geyinmiş vəziyyətdə idi.Bəlkə təlaşdan,ya qorxudan,ya həyəcandan,bəlkə də şaşqınlıqdan yazıq çox bərbad görünürdü,elə bil,dünən axşamkı o səliqəli oglan hec bu deyildi.
-Necədi,hardadı? – deyə həyəcanla soruşdu ,ona Selcanı göstərdik,içəri girmək istədi,izin vermədilər ,yalvarmaga başladı həkimə..
-Həkim ,xaiş edirəm,təkcə 5 dəqiqə izin verin,bəlkə səsimi eşitsə özünə gələ,xaiş edirəm həkim,o məni çox sevirdi,bilirəm ki, səsimi eşitsə özünə gələcək..
-Təkcə 5 dəq…çox risklidir..Ama bəlkə də siz dediyiniz kimi olar..- həkim onun halına acımışdı deyəsən,həm də o elə sözlər dediki,bu həkimə də təsir etmişdi..
Pəncərədən onları seyr edirdim,stulu çəkib oturdu,Selcanın əllərini tutub nəsə danışmaga başladı ,ürəyimdə sevindim ,Selcan onun səsini eşidirdi,bilirdim.Ayılacagını düşünürdüm və sevinirdim,Bəlkə də o ayılacaq və Zamınlə barışacaqlar və biz ailəvi bir dost olacagiq deyə gözəl düşüncələr içində idim .,birdən Zaminin təlaşla çölə çıxdıgını,həkimi çagırdıgını gördüm .Həkim və medsestralar içəri doluşdular ,ürəyi dayanırdı,müdaxiləylə geridöndürməyə çalışırdılar var qüvvələri ilə….
Amma zalım fələk Selcanı bizdən alıb apardı ,o geriyə dönmədi.Selcan artıq həyatla vidalaşmışdı… Həkimin üzündəki o məyusluq,Zaminin yerə diz çöküb aglaması,səslər,tibb işçiləri,hər şey bir-birinə qarışmışdı ,Natiq isə məni qucaqlayıb “sakit ol” deyirdi..Şok olmuşdum,inana bilmirdim Selcanın gedişinə,o emosiyalarla coşub-daşan qızın bu durgunluguna,bu səssiz gedişinə inana bilmirdim…
O gündən sonra 1-2 gün keçmişdi.Xəstəxanaya gedib ətraflıca həkimdən bu haqda soruşdum..onun ölümünə səsb olan avtomabil qəzası deyilmiş,əməliyyatdan ugurla çıxıbmış,əslində biz xəstəxanaya çatanda o ayıq olmalıymış,ayılmamasına səbəb ürək çatışmazlıgı üzündən olub.Buna görə də heçkimi içəri burxmirmışlar ,xəstənin ürəyi həyəcanı qəbul etməyib dayanma təhlükəsi varmış . Həkim məyusluq içində danışır,gözləri dolmuşdu,özünü günahkar hiss edirdi.?
– Əslində günahkar mənəm ,mən gərək o oglanı içəri buraxmayaydım,amma onu o vəziyyətdə gördüyümdə xəstə onun səsini eşidərsə özünə glər deyə düşündüm.,bilsəydim…
-Sizdə günah yoxdur,mən də elə düşündüm,olacaga carə yoxdur..
Xəstəxanadan çıxıb evə gəldim.Selcanın mənə verilən əşyalarını yıgışdırırdım.Nədənsə telefonu açıb baxmaq istədim .Selcanın bir xasiyyəti vardı tələbəlikdən .Ürəyindən keçənləri telefonun qeydiyyat yerinə yazıb saxlayardı .Maraqdanmı nədənsə açıb telefonun qeydiyyat yerinə nəzər saldım .Tək bir qeyd vardı. Açıb oxudugumda gözyaşlarıma hakim ola bilmədim…

ardı var….

Niki Şems Nigari  /.2018..
www.kafiye.net