Son sözlər(5-ci hissə)

Həyəcanla açıb gələn mesajı oxudum və o an nə oldusa yadımda deyil,tək onu bilirəm ki ,gözümü xəstəxanada açdım,ayılan kimi palatadan çölə qaçdım,dəli kimi palataları axtarırdım,hər gördüyüm agxalatlıya Selcan hardadi7 -deyib soruşurdum ,özümdə deyildim,kimsə məni arxadan qucaqladı,sakit ol,indi səni Selcanın yanına aparıram dedi,bu Natiqin səsi idi ,onun sarılışı məni sakitləşdirdi,üzünə baxıb sakitcə hardadı dedim,o ,əlimdən tutub pəncərədən içərisi görünən bir otagın qarşısına gətirdi məni,içəri girməyə izin vermirdilər,burnuna və agzına nəfəslik taxılmışdı.Əllərimlə üzümü tutub agladım
..Palatanın qarşısında iki nəfər mavi rəngdə şalvar-köynək geyinmiş ortayaşlı qadın söhbət edirdi,biri arıq ,saçları azca agarmış ,üzündə xırda qırışlar olan qarabugdayı,digəri açıq şabalıdı rəngli saçları olan,agbeniz ,digərinə nisbətən dolu olan bu iki qadinin sohbəti mənim diqqətimi çəkdi .Onlardan arıq olanı:
-Ailəsinin xəbəri var?
-Ailəsini bilmirəm ama dunən telefonu zəng calanda esitdim,catmadim,təzədən ozum zəng etdim,cavab vermədilər,mən də mesaj yazdim..Deyəsən bu orda duran xanım onun qohumu,ya da refiqesidi,belke de dunen zeng vuran o imiş,nəbilim..
– Hə,olar olar,bayaqdan palatanin qarsinda durub aglayir…
onların sohbətindən məndən və selcandan bəhs etdiklərini anladım .sonra:
-Yazıg ,dunən bura gətiriləndə üz gözü qan içində ,bərbad halda idi
-Hə gördüm,nə yaxşı ki vuran adam insaflı olub,atıb qaçmayıb,götürüb xəstəxanaya gətirib.
-Hə o da pərişan idi ,qorxdugu hiss olunurdu,heyif o da cavandiye,bu qiz olse o yazig de hebsxenaya dusecey.
-Allah eləməsin,elə demə ,əməliyyatdan ugurla çıxıb
-Ama həkimlər sohbet edende eşitdim,ürək çatışmazlıgı var,narkozdan hələ də ayılmayıb..
Bu sözləri eşidəndən sonra daha söhbətlərinin ardını dinləyə bilmədim,başım hərlənirdi,ordakı oturacaqların birində əyləşdim,Natiq mənə su gətirməyə getmişdi.o iki qadının sohbətini dusunub bu nəticəyə varmışdım .Demək ki,dünən o bizdən çıxandan sonra necə olubsa avtomabil qəzasına düşüb,həmin adam özü Selcanı xəstəxanaya gətirib,mən dünən gecə zəng edəndə o əməliyyatda olub ,mən gecə yatmazdan oncə ən son zəngi edən zaman sanitarklardan biri çantadan gələn zəngin səsinin fərqinə varıb ,açmaq istəyib ,gecikib ,təkrar zəng edib ,o zaman da necə olubsa mən görməmişəm zəngi,sonra da telefon sessizde qalaraq yatmışam ,səhər isə o mesajı oxuyarkən huşumu itirmişəm ,məni xəstəxanaya gətiriblər və Natiq də məsələnin nə yerdə oldugunu anlayıb ,bircə Zaminin xəbəri yox idi,ona da xəbər vermək mənim öhdəmdə idi…

ardı var……

Niki Şems Nigari .2018…
www.kafiye.net