“Son sözlər”(4-cü hissə)

Axşam olmuşdu,mən süfrəni hazır etmişdim,hər şey hazır idi,qapı döyüldü,Natiq qapını açdı ,məni də çağırdı,gəl ,Nuray əsgərlik dostumla səni tanış edim.
-Bax ,Zamin,bu həyat yoldaşım Nuray,Nuray bu Zamindi..
Bu ad mənə tanışdır ,ah,gözlərimə inana bilmirəm ,bu ki odu,Selcanın telefonundakı oglan..gözlərim yaşardı ,Salamlaşıb mətbəxə keçdim ,yemək zamanı əsgərlik xatirələrindən söhbət edib ,deyib gülürdülər ,özlüyümdə Zaminin gülüşünə baxıb,Selcanın aglamagını xatırlayıb əsəbləşirdim ,yemək bitəndən sonra birlikdə nərd oynadılar ,sonra bir sakitlik çökdü,bayaqdan gələn deyib-gülmək səsləri ,atılan zərlərin səsi kəsildi ,mən sakitcə kənardan onları izləməkçün yavaşca pərdəni aralayıb baxdım,artıq stuldan keçib divanda əyləşmişdilər və nəsə ciddi bir mövzuda söhbət edirdilər,qulaq asmaq üçün tez mətbəxdən öz otagımıza getdim,bizim otagdan qonaq otagina qapı açılırdı ,divan isə qapı boyunca olan divara söykənək vəziyyətdə qoyulmuşdu ,mən sakitcə nəzərə çarpmadan qapını araladım ki,səsləri aydın eşidə bilim ,bu nədir,qulaqlarıma,eşitdiyimə inana bilmirdim..Eşitdiyimə əsasən söhbətin əvvəlinin Natiqin sualı ilə başlaması qənaətinə gəldim ,yəqinki Natiq ona sevdiyi qizin olub-olmaması haqda sual vermişdi,o da Selcanla olanları anladırdı yəüinki..Çünki Zamin:
– Bilirsən mən ona ” sevmirəm” dedim ,ama əslində acıqlı idim ,əslində isə çox sevirəm ,hər gecə onun xəyalı ilə yuxuya gedirəm ,hər səhər onu düşünərək ayılıram ,onun necə olmasını,harda olmasını fikirləşirəm ,bilirəm ki indi əzab çəkir ,bilirəm ki qəlbini yaralamışam ,bilirəm ki indi mənə acıqlıdı ,bilmirəm neyniyim,amma onunçün çox darıxıram..
Bu sözləri eşidər eşitməz telefonu götürüb Selcana zəng vurdum,onun bu sözləri canlı-canlı eşitməsini istəyirdim..
Zəng çalırdı,amma telefona cavab verilmirdi , “Ah Selcan ,götür özün eşit bu sözləri ..Düz on dəfədən çox zəng etdim ,mesaj yazdım ,amma cavab yox idi ,narahat olmaga başladım ,bəlkə yatıb deyə düşünüb sonra əl çəkdim daha .Aglıma gəldi ki səsini telefona yazım göndərim,amma artıq gecikmişdim,başım o elə qarışmışdı zəng və mesaja ki,söhbətin ardını da duymamışdım ,bir də gördüm ki,Natiq Zamini qapıdan yola salır .Mən də gəlib Zaminlə sagollaşdım,o gedəndən sonra elə hey natiqin üzünə baxırdım ki,bəlkə mənə nəsə deyə, bilmək istəyirdim Zaminin bəhs etdiyi qızın Selcan oldugunu anlayıb ya yox .Amma deyəsən Zamin bu haqda tam da ətraflı danışıb şəkil göstərməmişdi ,çünki Natiq nəsə anlamış,bilmiş olsaydı mənə mütləq deyərdi.Beləcə gecə keçdi .Səhər ayılanda ilk ağlıma gələn telefona baxmaq oldu ki bəlkə Selcandan bir xəbər ola .5 cavabsız zəng və bir mesaj vardı Selcandan….

Niki Şems Nigari.2018…


ardı var…..

www.kafiye.net