“Son sözlər”( 3-cü hissə)

O Selcanla salamlaşıb zarafatlaşmağa başladı .Biz çoxdanın dostları idik ,tələbəlik illərindən bəri dost idik,Natiqlə də elə tələbəlik illərində tanış olub sevib evlənmişdik.Selcan da bizim ən şən qızımız idi aramızda ,deyib gülən həyat dolu qız idi ..Eh həyat..Həyat onu elə bərkə-boşa salmışdı ki ,indi onun üzündə nəinki o gülüşü,hətta gülümsəməni belə tapmaq çox çətin idi .Gülən gözləri kədərli olmuşdu .Həyat ondan şox şey almışdı ,övladını,ailəsini almışdı .Çox yaralar almışdı,çox sıxılmışdı həyatdan.Amma Zamin onu güldürməyi ,həyatı yenidən sevdirməyi bacarmışdı ,o ona bağlanmışdı ,mən də ayrılmalarını ,onun yenidən üzüntülərə qərq olmasını istəmirdim .
-Canım sən gözlə mən Natiqə çay-çörək verim gəlirəm
-Narahat olma canım ,get..
Natiqlə mətbəxə keçdik,yemək çay verib yenidən Selcanın yanına döndüm..
Selcanın gözündən damlalar süzülürdü.Əzab çəkdiyi aydın görünürdü ,əlində telefona baxır,qulagında qulaqcıq vardı ,gəldiyimin fərqində deyildi ,sakitcə yanaşıb telefona baxdım ,bir şəkil vardı ona baxır,gözündən düşən damlalar şəkildəki oglanın üzünü dumanlandırıdı.
– Bu odu?:- deyə sual verdim qulaqcıgı dartıb tavaşca qulagından çıxardaraq .Mənə baxdı,tez göyaşlarını silib gülümsündü .
-Hə odu..
– Canım ,bu qədər çox sevirsən ,bəs niyə barışmaq istəmirsən ?
-Çünki ,o məni sevmir ,Nuray..
– Sevmir?
-Hə ,son danışıgımızda özü dedi “daha sevmirəm səni”
– Sevgi bir anda bitən hiss deyil axı..
-Elə mən də belə dedim ona
– Bəs nə dedi ?
-Heçnə,susdu,dedim onda sevməyibmişsən deməkki,dedi” adını hər nə qoyursan qoy, mən sənlə hər sirrimi bölüşürdüm ,güvənirdim və s.” – dedim yenə olacaq – dedi-“olmayacaq,bitti..”
-Bəs niyə belə? Sən neynədinki?
-Çox hirsli idim ,yəqinki mən də onun qəlbinə dəymişəm ,təkcə onun dediyi sözlərin qəlbimi agrıtmasını hiss edirdim o an,elə o agri -acının təsiri ilə mən də acı danışdım onunla,amma yenə də düşündükcə ,onun sözlərini xatirladiqca özümə haqq qazandırıram ..Bilirsən, düşünürəm mənə elə gözəl sözlr deyən insanın belə dəyişilməsinə anlam verə bilmirəm..
-Yaxşı ,düşünüb bu qədər yorma özünü ,zamana burax,bəlkə də zamanla hirsiniz soyuya barışarsız.
-Çətinki..
-ümidli ol..
-Bilmirəm ,Nuray,təkcə ürəyimin agrısını hiss edirəm ,ürəyim dayanacaq kimi olur hərdən ..
-Belə demə,inşAllah hər şey yaxşı olar
-Xeyir Allahdan ,nə bilim..yaxşı mən gedim,hələlik,görüşərik sonra,sagol.
-Sagol canım,özünə yaxşı bax,hələlik…
Onu yola salıb Natiqin yanına gəldim.Natiq:
-Axşama qonağımız var,yaxşı süfrə düzəldərsən ,əsgərlik dostumla rastlaşmışıq bugün,qonaq çagırdım ,tək olacaq ,sən o biri otaqda olarsan,biz biraz dərtləşəcəyik…
-Yaxşı..-deyib axşama hazırlıq görməyə başladım…


ardı var…..

Niki Şəms Nigari
www.kafiye.net