Son sözlər(2-ci hissə)

 

Bilirdim fikirləri yenə xatirələrinin yanına uçub .Ona kömək etmək sitəyirdim ,bilirdim acı çəkir ,ama hadisənin nə oldugunu net olaraq bilmirdim ,bunu öyrənməyin tək yolu vardı ,o özü danışmalı idi hər şeyi .Amma danışdıraraq da olub bitənləri ona təkrarən yaşadıb üzmək də istəmirdim .
-Ona qarşı olan duygularımın nədən ibarət oldugunu anlaya bilmirdim- deyərək ozu sohbətə başladı ,mənsə ona sual vermək məcburiyyətində olmadigim üçün dərindən nəfəa alaraq diqqətimi ona dogru yönəltdim
-Zamanla hər sirrimizi bölüşən bir dost halına gəlmişdik ,bilirsən ,Nuray ,o məni yenidən həyata bağladı ,yaşamağı sevdir di ,həyatda yaşamagin yollarini oyrətdi ,mənalı etdi həyati .Nuray ,sən özün bilirsən mən daha öncələr necə olmuşam ,həyatda nə qədər çətinlikləri yola vermişəm .O həyata ,dünyaya ən küsgün oldugum zamanda gəlib mənə yaşamagin gözəl oldugunu öyrətdi .O mənə çox şeyi başa saldı ,ən önəmlisi də düşündürdü .Onun sayəsində gözüyumulu deyil,düşünərək bir sonuca varmagı,düşünərək qərar verməyi öyrəndim .Sual verməyi öyrətdi mənə,çox şey,Nuray,çox şey .O mənə müəllim oldu,dost oldu,sonra…
Sual dolu baxışlarım onun üzərində idi ,nə deyəcəyini gözləyirdim ,aglamaqdan dili tutuldu ,gözyaşlarını silə-silə davam etdi ..
– Sonra sevgilim oldu .”Sevgilim ” sözünü ondan duymaq məni dünyanın xoşbəxti edirdi .
-Bəs sonra?
-Sonra anladım ki ,mən onu çox sevirəm ,həyatımdan da çıx ..onu isə bilmirəm..
-Ayrılmagınız bu üzdənmi?
-Hə..qısqanclıq..o mənim qısqanclıgıma tab etmədi,sevsəydi edərdi ..
-Selcan?! “Qısqanclıq sevgidə lazım olan ən son şeydi.Qısqanclıq sevginin məhvi deməkdir”- bu sözləri xatırlayırsan? Bunları bir vaxt sən özün mənə demişdin .Bəs nə oldu sənə belə? Özünü bu qədər niyə məhv edirsən?
-Bilirəm,Nuray,ama əlimdə deyil,bacarmıram.
Dəli..Darıxma barışarsız .
-yox daha ,hər şey bitti..aglayıram,darıxıram ,ama barışmaq istəmirəm,bitsin istəyirəm ,Nuray əzab çəkirəm ,bu ömür boyu belə davam edə bilməz .Həm başqa səbəblər var,biz elə ayrılsaq yaxşıdı.
-Amma əzab çəkirsən.
-Hə,həm də çox..Onu çox sevirəm,ama dözməliyəm,irəlidə daha çox əzab çəkməmək üçün dözməliyəm .
-Can…
söhbətimiz burda qaldı,bu zaman qapı döyüldü ,gələn yoldaşım idi…

Ardı var 

Niki Şems Nigari 
www.kafiye.net