Ayrılığın addım səsi olurmu?

Laqeydliyin soyuq baxışlarıyla
Ayrılığın addım səsi duyular.
Ürəkdə iz salan qırışlarıyla
Naxış-naxış bünövrəsi qoyular…
Ayrılığın addım səsi olurmu?

Buza dönmüş göz yaşları əriyər,
Hicran yeli küllərimi kürüyər,
İçindən ovulan sevgi çürüyər,
Ayrılığın addım səsi olurmu?

Tənha Bulud Göylərin sirdaşıdır,
Köksünən süzülən həsrət yaşıdır,
Küllərindən doğan Simurq quşudur,
Ayrılığın addım səsi olurmu?

Tamara Rüstamova Tənha Bulud/15 mart

www.kafiye.net