Bilirsən

Bilirsən daim gözlərinin dolması,gözlərindən sakit-sakit damlaların düşməsi necə olur?bilirsən gözlərindən düşən yaşların duzlulugundan sifətinin yanması necə olur? bu gözyaşların heç qurumaması,hətta gülümsədiyində belə dodağına gözlərindən süzülən duzlu suyun dəyməsi necə olur?Bilirsən hamı güləndə ağlamaq necə olur?

Bilirsən kiminsə sənə nəsə danışdığı vaxt xəyallarının başqa bir yerə uçması ,birdən səni səsləyərkən ayılıb xəyallardan yerə enmək necə olur? Qarşındakı onu dinləmirsən deyə səndən küsəndə qəlbinin qırıqlıgından xəbərsiz olması necə olur? Bilirsən necə çətindi qəlbin ağlayarkən gülməyə məcbur olmaq?

Bilirsən necə çətindi ağlamağını ətrafdakılardan gizlətmək?gizlənməyə yer axtarmaq?hamıdan qaçmağa çalışmaq?Bilirsən işləyə -işləyə hər an səni anmaq nə deməkdi?Gördüyün hərşeyin üstündə xəyali bir pərdə kimi şəklinin dikilməsi nə deməkdi? Bilirsən güzgüyə gözünün dəydiyində orda özünü görməmək nə deməkdi? Bilirsən hisslərinin bir-birinə qarışması necə olur? Özünün axtarışında olmaq bilirsən necə olur? Tapanda yenə səni tapmaq necə olur bilirsən?…axı necə biləsən? əlbəttə bilmirsən…..

Niki Şems Nigari
www.kafiye.net