Son sözlər  (1-ci hissə)

“Onu ilk gördüyüm zamandan ondakı əzmə heyran olmuşdum.Onun fikirləri,düşüncələri məni heyran etmişdi,ondan çox şey öyrənəbiləcəyimi hiss edirdim . Məni ona dogru çəkən nəsə vardı. söhbət edərkən sanki susamış biri olaraq susuzluğum yatırdı, acmış biriymiş kimi doyurdum sanki, bu hissi bəlkə izah etmək çətindi ,ama mən onda rahatlıq tapırdım. Onu dinləməkdən yorulmurdum , usanmırdım,bezmirdim . Onun bir-iki kəlməsi mənim həyat fəlsəfəm olmuşdu,mən bu sözlərlə həyata yenidən bağlanmışdım.Amma bununla da bitməmişdi,biz ilk söhbətimizdən sonra böyük mübahisə etmişdik və uzun müddət küsülü qalmışdıq,amma sonunda yenə barışmışdıq.Amma bu bizim son mübahisəmiz də olmadı.Biz dəfələrlə mübahisə edib uzun zaman küsülü qalar ,sonra yenə barışardıq .Bu artıq adəti bir hal almışdı..Amma bu küsülüklərin bir gün sonu olacaqdı,olmalı idi və oldu da.Bu artıq son mübahisədir ki ,biz daha barışmayacagiq”;
O bu sözləri söyləyərkən dəfələrlə gözlərinin yaşını silir ,bəzən aglamaqdan hıçqıraq tutur,danışmır,dayanır ,yenidən söhbətinə davam edirdi .Onu dinlədikcə qəlbimdə bir ağrı hiss edirdim ,çünki onun acısını anlayırdım və o danışdıqca da beynimdə səhnələrdə canlandırırdım …….
-Ağlama ,su iç,biraz havaya çıx ,əl-üzünü yu ,sonra gəl,söhbət edərik ..
-yaxşı..
O eyvana çıxdı ,mənsə oturub pəncərədən küçəyə baxaraq əlimdə çay içirdim .Yağış yağırdı ,insanlar təlaş içində idilər.Kimisi bir əlində çətir,digər əlində çanta,kimisi çətirsiz -çantasız qolları ilə özünü qucaraq,kimisi əynindəki libasın papagini başına çəkib əlləri ilə tutaraq ,kimisi bir əli ilə balaca məktəbli uşaginin əlindən tutub çətiri uşağın əlinə verib özü isə islanaraq digər əlində uşagın məktəbli çantasını tutub kipriklərinə düşən yagış damcılarından gözlərini qıydigi ucun yolu çətinliklə sezərək tələsik addımlarla irəliləyir,gedəcəkləri məkana tələsirdilər…İnsanlarda bir təlaş vardı ,bunu kənardan izləyərkən daha yaxşı anlamaq olurdu və beynimdə düşüncələr yaranırdı .”Biz keçən zamanımızın ,ötən dəqiqələrin əsla geri dönməyəcəyini düşünməyərək həyatda da belə təlaşla irəliləyirik ,dəqiqələri bir-birinin ardınca qovuruq ,biz ötən anlarımızın qiymətinin fərqinə nədənsə çox gec varırıq .Oqədər gec ki hətta qiymətini bilərək keçirməyimiz üçün belə artıq zamanımız qalmamış olur..”
-“indi biraz özümə gəldim”:- deyə səslənən Selcanın səsi ilə fikirlərimdən ayıldım .
-Lap yaxşı,gəl çay iç – deyə gülümsədim ..O yanımda əyləşdi və onunçün süzdüyüm bayaqdan tüstüləyərək artıq qaynarlıgı gedib içməli vəziyyətə gələn çayı içmək üçün hər iki əli ilə stəkanı götürüb bir qurtum vurdu və yerə qoyub fikrə getdi….

ardi var…

Niki Şems Nigariv..2018…..

www.kafiye.net