Mənimdir!

Oba mənim,el mənimdir,
Nəğmə deyən dil mənimdir,
Budur gəlib fəsli bahar,
Açan çiçək, gül mənimdir!
****
Yasıllasıb uca dağlar,
Sır-şır axır buz bulaqlar,
Bu obalar,bu oymaqlar,
Yadın deyil bil mənimdir!
*****
Sürüləri dağ döşündə,
Qoyun-quzu örüşündə,
Qız-gəlinin gülüşündə,
Gözdən axan sel mənimdir!
*****
İgidləri özün oyən,
Qız-gəlini yaşıl geyən,
Bülbülləri nəğmə deyən,
Bu bağ mənim ,cöl mənimdir!
*****
Solmaz yazır öz şerini,
Heç zaman güdmür xeyrini,
Gəzəcək çəmən şeyrini,
Sevən ürək bil mənimdir!

17-03-2017
Solmaz Şirvanlı
www.kafiye.net