Sevmək dedikləri

İstəməzsən dırnağına daş dəyə,

Könül uçar vüsalına erməyə,
Baxışından qəlbin əsər, titrəyər,
Sevmək dedikləri bu olsun gərək.
 
Zəbt eyləyər könlünün hər guşəsin,
Çaş salarsan fikirlərin qibləsin.,
Dil tutular eşidəndə o səsi,
Sevmək dedikləri bu olsun gərək.
 
Aldığın nəfəslə canına hopar,
Kök salar damarda qanına hopar,
Hünərin var onu qəlbindən qopar,
Sevmək dedikləri bu olsun hərək

09.03.2018.  Tamara Rustamova Tənha Bulud
www.kafiye.net