Gəzirəm!

İtirmişəm dogmalari,
Eyləyib sorağ gəzirəm!
Dəftər-qələm əlimdəykən,
Yazmağa varağ gəzirəm!
*
Uzaq düşüb bəxt də məndən,
Gül də inciyib çəməndən,
Mən anasız qalan gündən,
Telimə darağ gəzirəm!
*
Ərşə çıxıb haray-ünü,
Uzaq düşüb toy-düyünü,
Anali-atali günü,
Əlimdə çıraq gəzirəm!
*
Parçalayır qəm könlümü,
Kipriklərdə nəm könlümü,
Qocaldır bu dəm könlümü,
Qara günü ağ gəzirəm!
*
Üz döndərib yar da məndən,
Ağlar gözlə baxır gendən,
Tutmaq üçün əllərindən,
Dərə-təpə, dağ gəzirəm!
*
Yağmalayib yağı yurdu,
Xainlər min tələ qurdu,
Deyəcəkdir sözün ordu,
Əlimdə yarağ gəzirəm!
*
Qış ötəcək,yaz gələcək,
Məclislərə saz gələcək,
Aşığa avaz gələcək,
Gözəl bir novraq gəzirəm!
*

O dağlarâ getmək üçün,
Yamaclarda bitmək üçün,
Bülbül olub ötmək üçuň
Ölməmişəm,sağ gəzirəm!
*
Solmaz,Xudaya bağla bel,
Tanıyır səni oba-el,
Yağış yağır gətirir sel,
Üzlərdə marağ gəzirəm!

Solmaz Şirvanlı
02-10-2017
www.kafiye.net